Kəlbəcərdə olan “politoloq” Aleksandr Kənanyan "Facebook"da yazıb: “Artıq “Rusiya sülhməramlıları” erməni əhaliyə qarşı güc tətbiq ertməyə başlayıb. Onları evlərindən zorla çıxarırlar və ən zəruri əşyalarını belə götürməyə imkan vermirlər...Və bu hələ başlanğıcdır...Biz min dəfə demişik ki, türklə (azərbaycanlıları nəzərdə tutur,-red.) “sülhməramlı” arasında heç bir fərq yoxdur... Ona görə də kim Putinin köməyinə ümid edirsə onu ancaq yaxın günlərdə və həftələrdə yeni “üzük əməliyyatı” və deportasiya gözləyir”.
Üçtərəfli razılaşmaya əsasən Ermənistan işğalçı qoşunları Kəlbəcər rayonundan noyabrın 15-nə qədər çıxmalıdır. Ermənistan Müdafiə Nazirliyi prosesin artıq başladığını bildirir. Ermənistandakı 102-ci hərbi baza isə hərbçilərə qarşı mümkün təxribatların qarşısını almaq üçün döyüş hazırlığı vəziyyətinə gətirilib. (Virtualaz.org)