Noyabrın 12-də Sakit Okean Alyansının 2-ci Əməkdaşlıq Forumu video-konfrans formatında keçirilib. Alyansda müşahidəçi dövlət statusuna malik olan ölkəmiz 2-ci Forumun işində iştirak edib.
XİN-dən verilən məlumata görə, forumun plenar iclasında çıxış edən AR XİN Xüsusi Tapşırıqlar üzrə Səfiri Elşad İskəndərov Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad edilməsi ilə Azərbaycanın Qarabağ bölgəsinin dünya iqtisadi və mədəni münasibətlər sisteminə geri qayıtdığına diqqət çəkib.
Xüsusilə qeyd edilib ki, Qarabağın mədəni paytaxtı və Qafqazın mədəni incisi olan, Müsəlman Şərqində ilk operanın yazılmasına ilham verən Azərbaycanın mədəni paytaxtı Şuşanın işğaldan azad edilməsi regional turizmin inkişafına böyük töfhə verəcək.
Forum iştirakçılarının diqqətinə multikultural irsin turizm sahəsində əhəmiyyəti və bu xüsusda Azərbaycanın malik olduğu zəngin dəyərlər və mədəni irs haqda məlumat verilib. E. İkəndərov qeyd edib ki, bu sahədə Azərbaycan böyük təcrübəyə malikdir – ölkədə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün tairixi və mədəni abidələr qorunur və bərpa edilir.
Turizm və mədəniyyət industriyasının sülhün bərpasında rolunu qeyd edən natiq bu sahədə təcrübəsi olan Azərbaycanın işğaldan azad edilmiş ərazilərini lazımi bərpa işlərindən sonra dünya iqtisadi münasibətlər və mədəni xəzinəsinə qaytaracağına, bunun da bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini qeyd edib.
Azərbaycan Sakit Okean Alyansının forumuna qatılıb
13
noyabr
23:14

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat