Məğlub Ermənistanın baş naziri Nikol Paşinyan öz komandasının əsas fiqurlarından birini - Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı istefaya göndərib, bu istefa qərarının səbəblərini isə açıqlamayıb.
Paşinyan xarici işlər nazirini niyə istefaya göndərdi?
Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən araşdırmaçı jurnalist Bəybala Mirzəyev bunun səbəbinin aydın olduğunu söyləyib:
"Bu səbəblərin ikisi Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti ilə bağlıdır.
Birinci səbəb:
İnqilablar haqda belə bir məşhur ifadə var - "İnqilab öz balalarını yeyir". Bu cəhət bütün inqilablara xasdır. İndi Paşinyan da öz kadrlarının başını "yeməyə" başlayıb. İnqilab yoluyla hakimiyyətə gələn Paşinyan indi öz silahdaşlarını qurban verməyə məhkumdur. Çünki onun hakimiyyətdə qalmaq istəyi bunu tələb edir.
İkinci səbəb:
Zöhrab Mnatsakanyan dünən mediaya verdiyi açıqlamada bildirdi ki, onun Paşinyanın kapitulyasiya planından xəbəri olmayıb. Mnatsakanyanın bu açıqlaması Paşinyanı qıcıqlandırıb, özündən çıxarıb.
Üçüncü səbəb:
Bu səbəb həm də əsas səbəb sayıla bilər. Məsələ burasındadır ki, İkinci Qarabağ müharibəsinin gedişində Zöhrab Mnatsakanyan ölkəsin baş diplomatı kimi fərsiz olduğunu göstərdi. O, 44 gün ərzində heç bir xarici ölkənin Ermənistana ciddi dəstəyini təmin edə bilmədi. Bu da Paşinyanın XİN rəhbərini istefaya göndərməsi üçün həlledici amil rolunu oynayıb.
Gördüyünüz kimi 44 günlük uğurlu müharibəmiz düşmənin diplomatiyasını da sarsıdıb.
Deməli, müharibə hələ bitməyib. Müharibə davam edir. Sadəcə olaraq başqa müstəvilərdə..."
Mnatsakanyanın gedişində əsas səbəb - Qarabağ faktoru
17
noyabr
14:09

Qarabağ
KOMMENTLƏR
Razılaşmanın bəndlərinin dəyişdirilməsi mümkün deyil - Paşinyan
Paşinyan Qarabağdan qayıdan silahlı tərəfdarlarını bağ evinə toplamağa başladı-FOTO
“Paşinyan hökuməti istefaya getməlidir!“ - Ermənistanın ilk Baş naziri
Əliyev-Paşinyan görüşü olacaq? – Mnatsakanyan açıqladı
Paşinyan 5 gün sonra istefa verəcək
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat