Paris meriyası qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa hazırlaşır. Separatçı qurumun tanınması ideyası ötən gün Fransa paytaxtının meri Enn İdalqodan gəlib.
Mövzu ilə əlaqədar "MediaPost"a açıqlama verən araşdırmaçı jurnalist Bəybala Mirzəyev söyləyib ki, E.İdalqo ermənilərin sadiq dostudur:
"O, açıq ermənipərəst mövqeyi ilə seçilən siyasətçilərdəndir. Xanım İdalqo mediaya müsahibələrində dəfələrlə Azərbaycanın və Türkiyənin ünvanına kəskin fikirlərlə, ittihamlarla çıxış edib.
Son müsahibələrindən birində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını dəstəkləyən Enn İdalqo ölkəmizin beynəlxalq müstəvidə tanınmış ərazilərinin “erməni torpaqlarının bir hissəsi” olduğunu bildirmiş, həmçinin Azərbaycanı “daim təhdid edən silahlanmış qonşu” adlandırmışdı.
Bu ermənisevər mer separatçı Dağlıq Qarabağdakı separatçı erməni rejimi üçün xeyriyyə marafonları da təşkil edib.
Mən E.İdalqonun "Facebook" hesabındakı paylaşımlarına baxdım. O ilk baxışdan özünü neytral şəxs kimi göstərməyə çalışır. Amma əsl həqiqətdə isə qatı ermənipərəstdir. Və Makronun silahdaşlarından sayılır.
Amma bu qadının qondarma "dqr"in müstəqilliyini tanımaq təşəbbüsü əsl məhkəməlik hərəkətdir. Enn İdalqo rəsmi qaydada bu təşəbbüslə çıxış edərsə, onu məhkəməyə vermək olar".скачать dle 12.1