2020-2021-ci il tədris ili üçün məktəbli formalarının tikilməsi dayandırılıb.
Bu barədə Cebhe.info-ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.
Təhsil müəssisələrinin açılmasının sual altında olduğunu əsas gətirən Bakı Tikiş Evinin rəsmisi işi dayandırdıqlarını deyib:
”Məktəblər bağlıdır. Hələ nə vaxt açılacağını da heç kim bilmir. Nəyin söhbətini aparaq? Anbarımızda material və ləvazimatlarımız var. Lazım olan kimi tikəcəyik. Gün ərzində 1000 ədəd məktəbli forması tikə bilirik. Həmçinin köhnə məktəbli formalarından da qalıb”.
Etibar Əzimov yeni məktəbli formasına keçidlə bağlı məlumatlı olmadığını deyib:
“Hələlik yeni formalarla bağlı heç nə deyilmir. Köhnə məktəbli formaları ilə bağlı isə ehtiyatda geyimlərimiz var”.
Qeyd edək ki, bu il fevralın 10-da Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqinə dair ilk müzakirələr keçirilib. Məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin işlənib hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması təklif olunub. Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə irəli sürüb və bununla bağlı ictimai rəy öyrənilib. İctimai rəylə bağlı nəticələr bu günə qədər ictimaiyyətə açıqlanmayıb.
Layihəyə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olması nəzərdə tutulur. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Yeni məktəbli forması ilə bağlı son qərar hələ verilməyib.
Məktəbli formasının tikilməsi dayandırıldı – RƏSMİ
17
iyun
14:51

Qarabağ
KOMMENTLƏR
Məktəbli qız onu intim fotosu il hədələyən keçmiş sevgilisinə dərs verdi - FOTO
Vahid məktəbli forması ilə bağlı bir neçə nümunənin təsdiqi gözlənilir - Nazir
14 yaşlı oğlan "06" ilə 3 məktəbli qızı vurdu
Atası ilə zibil yığan 10 yaşlı qız fərdi təhsilə cəlb olundu
Ağır qəza ilə əlaqədar Binə qəsəbəsinə gedən yol bağlanıb
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat