Bakıda məktəbdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-nə keçən gecə rayon ərazisindəki tam orta məktəblərin birindən təlim üçün nəzərdə tutulmuş 1 ədəd “Glock” markalı qaz tapançası və 1 ədəd “AK-74” markalı avtomat silahı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Babayev saxlanılıb.скачать dle 12.1