“Qəssab”  Nadirdən sonra “pasol”  Elxan SDU-da rektor oldu...

Rektor   Elxan Hüseynov SDU-nun futbol  meydançasını bostana çevirib...

Rektor  ezop dilində  dekanlara deyir ki, mənə “pas ötürün”, yəni  “aylıq”  gətirin ?

Tələbənin intiharı  SDU-ya ləkədir...    


Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ilə 1961-ci ildən  fəaliyyət göstərən  Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradıldı.
Xeyli müddət  SDU-ya Nadir Qəhrəmanov rəhbərlik edib.  Tələbələr arasında  “Qəssab  Nadir”  kimi tanınan rektor  SDU-nu  biabırçı vəziyyətə salmışdı.  Ali məktəbi bazara çevirən rektor az qala  rüşvəti leqallaşdırmışdı, yəni rüşvət adi hala çevrilmişdi.
Bunu nəzərə alan ölkə başçısı  Nadir Qəhərmanovu rektor vəzifəsindən uzaqlaşdırdı. Və “Qəssab Nadir”in yerinə, yəni  SDU-ya  Azərbaycanın  Türkmənistanda Fövqəladə və səlahiyyətli səfiri  işləmiş  Elxan Hüseynovu təyin etdi.
“ Pasol ” rektor isə  vəziyyəti düzəltmək əvəzinə  vurub SDU-nun gözünü çıxardı.
Təsəvvür edirsiniz,  “pasol” rektor  SDU-nun futbol meydançasında  qarpız, xiyar becərir, meyvə ağacları əkir. Bu adama nə deyəsən ?
SDU ilə  bağlı onu  qeyd  edək ki, 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun bəzi filialları ləğv ediləndən sonra Sumqayıt və Salyan filiallarının tələbələri SDU-nun tələbələri sırasına daxil edilmiş, filialların müəllim və texniki heyəti müsabiqə yolu ilə universitetdə işlə təmin olunmuşdur. Sumqayıt Dövlət Texniki Kolleci də  universitetin nəzdinə verilib. Hazırda Sumqayıt Dövlət Universitetində 7 fakültə(Riyaziyyat, Fizika və elektroenergetika, Mühəndislik, Kimya və biologiya, Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Filologiya), 29 kafedra, 6 Elmi-tədqiqat laboratoriyası, Tədris Metodiki Mərkəz, Doktorantura və magistratura şöbəsi, Elmi hissə, Əcnəbi tələbələr şöbəsi və digər qurumlar fəaliyyət göstərir. Universitetdə fəlsəfə və elmlər doktoru proqramları üzrə mütəxəssis hazırlığı aparılır.
Yəni  SDU sözün həqiqi mənasında geniş bazaya malikdir. Amma rektor sarıdan bəxti gətirmir.
Onu da qeyd edək ki,  Elxan Hüseynov 2015-ci ildə səfir vəzifəsindən geri çağrıldıqdan sonra Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor , sonra Təhsil nazirinin müşaviri vəzifəsində çalışmışdır. 06.03.2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilmişdir.
Ancaq  bəlli olan odur ki,  Elxan Hüseynovun rektor vəzifəsinə təyin edilməsindən sonra universitetdə problemlər, təhsilin keyfiyyətindən narazılıq halları azalmaq əvəzinə, daha da artıb. 67 yaşlı Elxan Hüseynov kabinetində bütün günü mürügüləyərək, dekanların, kafedra müdirlərinin nə gətirəcəyini gözləyir.
Universitetdə təhsilin, təlim-tərbiyənin səviyyəsi çox aşağıdır. Demək olar ki, hər gün tələbələr arasında dava düşür. Bundan başqa, tələbələr imtahanları «köhnə qayda» ilə verir. Kim imtahandan uğurla keçmək istəyirsə, dekanların vasitəsilə rektoru «görməlidir». Əks təqdirdə, imtahandan keçə bilməz.
Tələbə Rumiyyə  Qasımovanın intihar etməsi isə SDU üçün ləkədir.
Elxan Hüseynov rektor olan kimi “Qəssab Nadirin”  komandasını uzaqlaşdırdı və öz adamlarını universitetə doldurdu ki, DAXİLİ xəbərlər bayıra çıxmasın. Ancaq  keçmiş  səfir başa düşmür ki, yerin də qulağı var. Düzdür “qara” işlərin çoxunu Aynurə xanım görür.                                  Təsəvvür edirsiniz, Elxan Hüseynov  SDU-nun yataqxanasının təmirinə 2 milyon manat xərcləyib.
Cənab REKTOR o “summa”dan sənə nə qədər çatdı ?        
SDU-nun nəzdində olan kollec direktorları hamısı  REKTORA “aylıq “  verir ?
Rektor  kiminlə danışırsa telefonda deyir ki, “pas at, pas ötür”, elə bil futbol oynayır.
Bir sözlə, Qəssab  Nadirdən sonra  SDU  yağışdan çıxıb yağmura düşüb.
Gundelik-baku.comскачать dle 12.1