Bu gün cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları və II, III və V ixtisas qrupları üzrə ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahanlar (Azərbaycan və ya rus dili) keçirilir.
APA-nın məlumatına görə, imtahanlar Binəqədi, Pirallahı, Suraxanı, Nərimanov, Sabunçu, Qaradağ, Abşeron, Mingəçevir (Mingəçevir, YevlaxAğdaş), Şəmkir (ŞəmkirGədəbəy), Ağcabədi (AğcabədiAğdam), Kürdəmir (KürdəmirZərdabAğsu), Masallı (MasallıYardımlı), Cəlilabad (Cəlilabad), Şirvan (Şirvan, HacıqabulSaatlı), Zaqatala (BalakənZaqatalaQax), Quba (Quba, Qusar), Şamaxı (ŞamaxıQobustan), Naxçıvan imtahan mərkəzlərində keçirilir.
İmtahanlar 19 şəhər və rayonunda təşkil olunub. İmtahanlarda 16884 abituriyentin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, 9 illik orta təhsil bazasından kolleclərə sənəd verən abituriyentlər də yuxarıda qeyd olunan əlavə xarici dil imtahanlarını verəcəklər.скачать dle 12.1