Bu barədə UFAZ məlumat yayıb.
Bildirilib ki, o, UFAZ-da təhsil aldığı müddətdə dəfələrlə yerli və beynəlxalq müsabiqələrin qalibi olub.
Qeyd edək ki, L. Cəlilova bu günə kimi təhsil sahəsində bəzi nailiyyətlər əldə edib:
Fevral 2016-cı il - “Sabahın alimləri” müsabiqəsində 2-ci yer. (Dəniz suyundan elektrik enerjisi alınması ilə bağlı layihə).
- Aprel 2019-cu il – Fransanın Beynəlxalq "Kangaroo" Riyaziyyat yarışmasında 4-cü yer. (Qızlar arasında 1-ci yer).
- May 2019-cu il – "BP Skills Refinery" müsabiqəsinin qalibi (“Transition to a Low-Carbon Economy” layihəsi).
- İyun 2020-ci il – Azərkosmos tərəfindən təşkil edilən "CanSat" müsabiqəsində 2-ci yer.
- Noyabr 2020-ci il – Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzinin (CNES) və Avropa Kosmik Agentliyinin (ESA) təşkil edtiyi "Act In Space" hakatonunun ölkə üzrə qalibi və beynəlxalq finalçısı.
- Fevral 2021-ci il - BMT-nin İnkişaf Proqramının (UNDP, UNFPA və UN Women) Gender Bərabərliyi Hakatonunun qalibi.
- Sentyabr 2020 və 2021-ci illər – UFAZ-ın təsis etdiyi Möhsün bəy Xanlarov təqaüdünün qalibi.
- Dekabr 2021-ci il – Azərbaycan Respublikası Təhsil nazirliyinin "EdTech StartUp" yarışmasında 2-ci yerin mükafatçısı.
- Dekabr 2021-ci il – "Baku Food Hackathon" yarışmasında 2-ci yer.
Qeyd edək ki, nüfuzlu beynəlxalq təşkilatlar ABŞ-ın Massaçusets Texnologiya İnstitutunu (MIT) dünyanın 1 nömrəli ali təhsil ocağı hesab edirlər.
