Bir çox ali təhsil müəssisələrində tədris başlasa da, ölkədə olan internet probleminə görə tələbələrin bəziləri dərslərə qoşula bilmir. Xüsusən cəbhəboyu rayonlarda, eyni zamanda Gəncə, Bərdə, Tərtər və s. bölgələrdə bu problem daha çox müşahidə olunur. Dərslərə qoşulmayanlara isə “qaib” qoyulur.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib ki, hazırda internet problemi olan insanlar var və bununla bağlı müvafiq tədbirlər təhlil olunur, əsaslı surətdə araşdırılır:
“Cəbhəboyu rayonlardakı tələbələrin, eyni zamanda şagirdlərin vəziyyətlərinə dair arayış tərtib olunur və “qaib”lər nəzərə alınır”.
Mövzu ilə bağlı saytımıza danışan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova bildirib ki, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutmaqda davam edir və bunun nəticəsində Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının, Bərdə şəhərinin və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin telekommunikasiya təsərrüfatına da ziyan dəyib:
“Baş vermiş zədələnmələrin qısa vaxtda aradan qaldırılması, xidmətin verilməsinin dayanıqlığının təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar”.
İnternet yoxdursa, bu şagirdlər niyə “qaib” alır? - AÇIQLAMA
04
noyabr
10:00

Qarabağ
KOMMENTLƏR
Onlayn dərslərə qoşulmayan şagirdləri hansı cəza gözləyir? - Nazirlikdən AÇIQLAMA
Yaşı 65-dən yuxarı olan müəllimlərin nəzərinə - Nazirlik qərar verdi
“Bölgələrdə vəziyyət daha çətindir” - Professordan Nazirliyə SƏRT TƏNQİD
Dərslərə az qaldı, amma internetin sürəti hələ "sürünür" - AKTUAL
Bu şəxslərə ŞAD XƏBƏR — Pulsuz internetlə təmin oluna bilərsiniz - RƏSMİ AÇIQLAMA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat