""Yüksəliş proqramı"nın formatı hazırlanır. Oktyabrın sonuna qədər proqramın təqdimatı həyata keçiriləcək".
Bakısesi.com məlumatına görə, “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) Proqramının açılış mərasimində çıxış edən Gənclər və idman nazirinin müavini, "Yüksəliş müsabiqəsi" ilə bağlı yaradılan işçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsis edilən bu proqram Azərbaycanda kadr ehtiyatları bazasının yaradılması məqsədi daşıyır: "21-51 yaş arası hər bir Azərbaycan vətəndaşı bu proqramda iştirak edə bilər. Proqram vasitəsilə qaliblər müxtəlif mükafatlar alacaqlar. Eləcə də, elmi araşdırmalar, şəxsi inkişaf üçün müxtəlif proqramlara cəlb olunacaqlar. Onların çox güclü müəllimləri olacaq".скачать dle 12.1