İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü yüksək səviyyədə qeyd olunub.
Unikal.org xəbər verir ki, Rayon İcra Hakimiyyətinin, YAP İsmayıllı rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı, ümumtəhsil məktəblərində, kollec və Peşə Tədris Mərkəzində keçirilən tədbirlər müstəqilliyimizin şanlı və şərəfli yolunu bir daha gənc nəslə çatdırıb.
Oktyabr 16-da RGİİ-nin “Milli müstəqilliyimizə aparan şərəfli yol” adı altında keçirdiyi kütləvi yürüş birliyimizin, azadlıq və istiqlaliyyətimizin əbədiliyinin nümayişinə çevrilib.
Rayonda tədbirlər ardıcıl olaraq davam etdirilir.
“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi müstəqilliyimizin ildönümünə həsr olunub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzi meydandakı abidəsi ziyarət olunub, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar ulu öndərin abidəsi önünə tər çiçəklər düzüblər. Tədbir ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində davam etdirilib.
İdarəetmə məktəbinin növbəti məşğələsini rayon ağsaqqallar şurasının sədri, dövlət qulluğu veteranı Valeh Salehov açıb. Müstəqilliyimizin keçdiyi şərəfli yol barədə  qısa məlumat verib. İsmayıllı rayon məhkəməsinin hakimi Rəfael Şirinov Azərbaycanın Dövlət Müstəqilliyi barədə məruzə edib.
Milli Məclisin deputatı Novruzəli Aslanov, Qalacıq kənd tam orta məktəbinin tarix müəllimi Bədir Bədirov,şəhər 3 saylı məktəb-liseyin müəllimi Vasif Cabbarov, rayonun tarix ixtisaslı fəal gənc müəllimi İsmayıl Faxtıyev çıxış edərək Azərbaycanın müstəqillik və inkişaf tarixini tədbirə toplaşanlara çatdırıblar.
 Sonda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi, “Heydər Əliyev idarəetmə məktəbi”nin  təsisçisi Mirdaməd Sadıqov çıxış edib. Azərbaycanın keçdiyi şərəfli müstəqillik tarixi, ölkəmizin bugünkü inkişafı, ölkə Prezidentinin apardığı uğurlu siyasət barədə ətraflı danışıb. Gənclərimizi dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə etməyin vacibliyini vurğulayıb. Keçirilən tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.
Məşğələnin rəsmi hissəsindən sonra  Heydər Əliyev Mərkəzinin foyesində bədii proqrama baxılıb. скачать dle 12.1