BakiSesi.com

TƏBİB-ə yeni səlahiyyət verilir

Tarix:7-04-2021, 14:22 | Oxunub: 12
TƏBİB-ə yeni səlahiyyət verilir
Tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi sahəsində səlahiyyətli orqan dəyişir.
Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə müvafiq dəyişiklik təklif edilir.
Qüvvədə olan qanuna görə, şəxsin səhhətinin yaxşılaşması və ya tam sağalması nəticəsində gələcəkdə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi zərurəti aradan qalxdıqda, məhkəmə həkim komissiyasının rəyinə əsaslanmış səhiyyə orqanının təqdimatı üzrə tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi haqqında məsələyə baxır.
Layihəyə əsasən, bu sahədə təqdimatı müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum) – TƏBİB verəcək.скачать dle 12.1