BakiSesi.com

“Rza Zərrabın bizim məmurları unutmasından böyük “xəyanət” ola bilməz”

Tarix:26-09-2020, 13:12 | Oxunub: 39
“Rza Zərrabın bizim məmurları unutmasından böyük “xəyanət” ola bilməz”
“BMT-nin Tehran rejiminə qarşı tətbiq etdiyi sanksiyaların pozulmasında və İranın “çirkli pulları”nı yumaqda ittiham olunaraq ABŞ-da həbs olunan, daha sonra ABŞ ədliyyəsi ilə gizli anlaşmaya getdiyi iddia olunan Rza Zərrabın yaxın adamlarından biri, Adəm Karahan ABŞ mətbuatına müsahibə verib. 2006-cı ildən Rza Zərrabın cangüdəni, 2008-ci ildən isə pul və qızıl daşıyıcısı kimi fəaliyyət göstərən Adəm Karahan bir ara hətta Zərrabın qanuni təmsilçisi kimi bank əməliyyatları da həyata keçirib”. “Hürriyyət” xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloqun bildirdiyinə görə, Adəm Karahan Rza Zərrabın bütün əməliyyatları ilə bağlı məlumatlı şəxslərdən biridir: “Adəm Karahan müsahibəsində Rza Zərrabın 2010-2015-ci illər arasında İrana qarşı sanksiyaları pozaraq 20 milyard dollarlıq pul köçürmələri həyata keçirdiyini bildirib. Karahan Türkiyə üzərindən həyata keçirilən bu əməliyyatlar üçün türk rəsmilərinə 800 milyon dolar rüşvət payladıqlarını da açıqlayıb.

İndi məlum olur ki, bu Rza Zərrab Türkiyədə məmurlara 800 milyon dollar rüşvət paylayıb. Türkiyədə məmurlara 800 milyon dollar rüşvət paylayan bu adam bizim məmurları unudub. Halbuki, bizim məmurlar da həmin pullardan pay almağı çox istərdilər. Təbrizdə doğulmuş Rza Zərrabın bizim məmurları unutmasından böyük “xəyanət” ola bilməz”.
скачать dle 12.1