Mərkəzi parkda qurulmuş səhra hospitalı, çoxsaylı xəstələr, hərbiçilər, ölülər... Yox, bu dünyanın sonu haqda olan Holivud filmlərindən parça deyil. Bu hazırki Nyu-Yorkun acı reallığıdır.
ABŞ-da karonavirusa yoluxanların sayı artır və kimsə sonra nə olacağını bilmir.
Sabahnews.az  xəbər verir ki, adətən hər bir amerikan xəstəxanasında meyitxana olur. Adi vaxtlarda meyitxanalar ancaq yarıyacan dolu olur.
Yəni baş verəcək qəza, yaxud təbiət hadisinə görə qurbanlar olarsa meyitxanada ehtiyyat yerlər saxlanılır.
Karonovirus epidemiyası başlayandan meyitxanalarda yer qalmayıb. İnsanlar evdə, küçədə, təcilli tibbi yardım maşınında dünyaların dəyişirlər.
İri şəhərlərə kömək üçün hərbi donanma və gəmilər də cəlb edilib. Ancaq böyük meqapolislər baxanda bu gəmilərin tutumu o qədər azdır ki...
Tək Nyu-Yorkda 9,5 milyon əhali var. Gəmilərdəki hospitallarda isə  uzaqbaşı 1000-1500 çarpayı yerləşdirmək olar.
Belə bir versiya var ki, bu kiçik hospitallarda xəstəliyə yeni yoluxmuş, simtomları təzə aşkar olunmuş xəstələr yerləşdiriləcək.
Meyitxanalar dolduğundan ölənləri şəhərdən kənara –açıq havada yaradılmış meyitxanaya daşıyırlar. Plastik paketlərdəki meyitlər adi yük maşınlarına doldurulur. Bir maşına 300-400 meyit.
Reallıq dəhşət filmlərindən daha qorxuludur.
Amerikalı epidimioloqlar deyir ki. Hələ Nyu-Yorkun bəxti gətirib.
Tropik iqlimi olan kiçik ölkələr bütünlüklə məhv ola bilər.
скачать dle 12.1