Kanadada iki amerikalı saxta COVID-19 peyvənd sənədi təqdim etdiklərinə görə cərimələnib.
“New York Post" xəbər verir ki, Kanada İctimai Sağlamlıq Agentliyi (PHAC) səlahiyyətliləri hər bir səyahətçi üçün dörd dəfə ümumən 19.720 dollar cərimə tərtib edib.
Saxta sənədlər peyvənd təsdiqləri və mənfi testlərdən ibarət olub.
Yanvar ayında Kanada ölkəyə gələn hər bir səyahətçinin təyyarəyə minməzdən əvvəl mənfi COVID testi təqdim etməsi tələbi tətbiq edib. Bundan əlavə, təyyarə ilə gələn bütün səyahətçilər üç gecə və ya COVID üçün mənfi test müəyyən edilənə qədər hökumət tərəfindən ayrılmış bir oteldə qalmalıdırlar.
Oteldə yerləşmə xərci 1500 Kanada dollarından yuxarı ola bilər. Agentlik bütün səyahətçilərin suallara doğru cavab verməli olduğunu və yalan məlumat verməyin ciddi msuliyyət doğurduğunu vurğulayıb.
Kanada Sərhəd Mühafizəsi Agentliyi (CBSA) saxta sənədləri aşkar etmək üçün "yerli və beynəlxalq tərəfdaşlarla" sıx əməkdaşlıq etdiyini açıqlayıb.
скачать dle 12.1