Yay mövsümi və vaksinasiyanın genişlənməsi ilə əlaqədar bir sıra ölkələr səyahət qadağalarını yumşaldıblar. Buna baxmayaraq, turistlərə tələblər də qoyulub.
Azərbaycandan olan turistlər hansı ölkələrə hansı tələblərlə səyahət edə bilərlər?
AZAL-ın saytı Azərbaycandan aşağıdakı 6 ölkəyə gedən turistlərə tətbiq edilən tələbləri təqdim edir:
1. Türkiyə:
72 saat əvvəl keçirilən PCR testin neqativ nəticəsi təqdim edilməlidir. Bu tələb 6 yaşdan kiçik sərnişinlərə, gəlişdən ən azı 14 gün əvvəl peyvənd olunduqlarını təsdiqləyən peyvənd sertifikatı olan sərnişinlərə, gəlişdən ən gec 6 ay əvvəl təqdim edilmiş və koronavirusdan sağaldıqlarını təsdiq edən sertifikatı olan sərnişinlərə şamil edilmir.
2. Gürcüstan:
COVİD-19 əleyhinə peyvənd olunmuş istənilən peyvəndin iki dozasının vurulmasını təsdiqləyən sənəd təqdim edilməlidir. Koronavirus əleyhinə peyvənd olunmamış sərnişinlər isə ölkəyə səfərdən 72 saat əvvəl keçirilmiş PCR testinin arayışını verməlidir.
3. Rusiya:
Sərnişin uçuşdan ən gec 72 saat əvvəl COVİD-19 testinin sənədini təqdim etməlidir. Burada yalnız PCR metodu ilə həyata keçirilən testlər qəbul edilir. Rusiyaya gedənlər üçün “korona pasportu”nun təqdim edilməsinin əhəmiyyəti yoxdur.
4. Ukrayna:
ÜST tərəfindən tanınan vaksininin tam vurulduğunu təsdiqləyən sənəd və yaxud girişdən ən çox 72 saat əvvəl həyata keçirilmiş SARS-CoV-2 anticismləri üçün sürətli test, yaxud da girişdən ən çox 72 saat əvvəl keçirilmiş PCR testinin nəticəsi barədə arayış verilməlidir.
5. Dubay:
PCR testinin neqativ nəticəsi barədə çap olunmuş tibbi arayışı təqdim edilməlidir. PCR testi uçuşdan ən çox 72 saat əvvəl verilməlidir.
6. Böyük Britaniya:
COVİD-19 testinin mənfi nəticəsi barədə arayış təqdim edilməlidir. PSR-test Birləşmiş Krallığa uçuşdan 48 saat əvvəl alınmalıdır.
Qeyd olunan ölkələrə göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Həmin ölkənin aktual tələbləri barədə ən son məlumatları “IATA” Səyahət Mərkəzinin veb saytını izləməklə öyrənmək olar.
Xaricdən gələn Azərbaycan vətəndaşları isə ölkəyə qayıtmaq üçün uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVİD-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd verməlidir:
“Yaşı 18-dən yuxarı olan sərnişinlərin COVİD pasportu və ya virusdan sağalması barədə rəsmi sənədin və ya uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədi olmalıdır. 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin nəticəsini təsdiq edən sənəd təqdim etməlidir. 1 yaşdan aşağı olan uşaqlar üçün COVİD pasportu və ya PCR test nəticələrinə dair sənədlər tələb olunmur”.
Qeyd edək ki, AZAL-ın saytında yalnız bu 6 ölkəyə gediş şərtləri əks olunub. Başqa ölkələrə səyahət şərtləri açıqlanmayıb.
Azərbaycandan bu ölkələrə necə getmək olar? - ŞƏRTLƏR
01
iyul
17:58

Qarabağ
KOMMENTLƏR
Azərbaycana qayıdarkən COVID pasportu tələb olunacaq? - AZAL-dan açıqlama
Azərbaycanda bu şəxslərə peyvənd vurulmadan ömürlük sənəd verilə bilər - VİDEO
AZAL-dan Azərbaycana giriş-çıxış qaydaları barədə açıqlama
Xaricə gedənlər üçün bu tələb ləğv edilir
Bu ölkədə xarici turistlərə qoyulan bütün məhdudiyyətlər ləğv edildi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat