Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsi törətməklə 3 nəfərin ölümünə səbəb olan və istintaqdan yayındığı üçün barəsində axtarış elan edilən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, mayın 5-də Qəbələ rayonu Savalan kəndi ərazisində  Tərlan Eyyubovun idarə etdiyi “Mercedes” və Nəsib Yusifovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsinin sürücüsü və 2 sərnişini həyatını itirib, digər 3 sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Faktla bağlı cinayət işi başlanılıb, zəruri ekspertizalar təyin olunub. Aparılan istintaqla hadisənin Tərlan Eyyubov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozularaq törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
O, əvvəlcə məsuliyyətdən yayınmaq üçün əsassız bəhanələr gətirib,  hətta ölən sürücünün yaxınlarından avtomobilinə dəymiş zərərin ödənilməsini tələb edib. Daha sonra öz əməlindən xəbərdar olan Tərlan Eyyubov istintaqdan yayındığı üçün onun barəsində axtarış işi açılıb. Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin şəxs saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

3 nəfərin ölümünə səbəb olan sürücüHƏBS EDİLDİ - FOTOLAR (VİDEO)

3 nəfərin ölümünə səbəb olan sürücüHƏBS EDİLDİ - FOTOLAR (VİDEO)скачать dle 12.1