Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Superliqasının matçları iyunun 10-dan sonra bərpa oluna bilər.
Bbunu Klublar Komitəsinin sədri Mehmet Sepil aprelin 24-də Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir və yerli komandaların rəhbərliyinin iştirakı ilə keçirilən videokonfransda müzakirə olunan məsələlər barədə danışarkən deyib.
O bildirib ki, liqalar və kubok matçlarının startı üçün ehtimal olunan tarixlər iyunun 11, 12 və ya 13-dür. M.Sepil yarışları iyulun 26-dək başa çatdırmaq istədiklərini söyləyib. Klublar Komitəsinin rəhbəri qarşılaşmaların azarkeşsiz keçirilə biləcəyini də istisna etməyib.
Qeyd edək ki, Türkiyədə yerli liqalar martın 19-da dayandırılıb.скачать dle 12.1