“Bu gün sürətlə yayılan koronavirus dünya iqtisadiyyatında təsirsiz ötüşməyərək yeni bir situasiya yaradıb. Dünya iqtisadiyyatında yaranmış durum Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”.

BAKİSESİ.COM xəbər verir ki, bunu olke.az-a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, artıq turizm, iaşə, nəqliyyat, daşıma sahəsində bu təsirlər hiss olunmaqdadır və getdikcə də öz təsirini göstərəcək. “Bu da istər-istəməz sahibkarlığın inkişafına öz mənfi təsirini göstərməli olacaq.  Belə olan şəraitdə mən sahibkarlara maliyyə amnistiyasının tətbiq olunmasını təklif edirəm.  Belə ki, Azərbaycan dövləti və cənab Prezident  ölkədə sahibkarlığın inkişafına hər zaman dəstək verib. Hesab edirəm ki, indiki məqamda da  bu dəstək verilməlidir”- deputat bildirib.

İ.Məmmədov deyib ki,  iş adamları sahibkarlığın inkişafı məqsədi ilə  kreditlər  götürüblər: “Ancaq  bir çox hallarda sahibkarlar kreditləri qaytarmaqda çətinlik çəkirlər. Krediti geçikən zaman isə hər gecikən günə əlavə cərimələr, yəni peniyalar gəlir. İndiki şəraitdə, koranvirusla bağlı müddəti bitənədək  hökumətə gecikən kreditlərə görə peniyaların dondurulmasını təklif edirəm. Koronavirusla bağlı pandemiya müddəti bitdikdən, iqtisadi aktivlik təmin olunduqdan sonra  gecikən kreditlərə görə peniyalar qüvvəyə minsin. Amma indiki vəziyyətə bu dondurulsa yaxşı olar. Bu da sahibhakların üzləşdiyi çətin durumda onlara böyük dəstək olar”.скачать dle 12.1