Müzamil Abdullayevi bir dəfə görənlər  onu ikinci dəfə də görməyə can atardılar. Çünki onun şəxsiyyəti, sözün həqiqi mənasında qaməti, qürurlu, vüqarlı davranışı ilk görüşdə diqqəti cəlb edərdi. Və bir maqnit kimi insanları özünə çəkərdi. 
Müzamil Abdullayev həyatda öz savadı, istedadı və zəhməti hesabına addım-addım irəliləyib. 
Gənc  Abdullayev hələ sovetin vaxtında 2 ali təhsil almışdı.
1961-1966 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, sonra Krasnodar Politexnik İnstitutunda  şərabçı-texnoloq kimi əlavə təhsil almışdır.
1967-1969-cu illərdə Kişinyov Kənd Təsərrüfatı İnstitutunun aspiranturasında oxumuş, dissertasiyasını müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.
Bu elə bir dövr idi ki, asan yolla alim olmaq, dissertasiya müdafiə etmək indiki kimi  mümkün deyildi. Həmin dövrdə alimlik dərəcəsi almaq üçün, yüksək vəzifəyə təyinat,  hökmən Moskvanın razılığından sonra həyata keçirilə bilərdi.
Bir müddət  Kirovabadda ( indiki Gəncə ) şərab zavodunda baş mühəndis, sonra Mərkəzi Komitədə çalışmaq və yenidən  Xanlar aqrar-sənaye şərab istehsalı zavodunun baş direktoru olmaq. Bəli bu işlər çox ciddi və məsuliyyət tələb edən məsələlərdən idi. Ulu öndərimiz Heydər Əliyev bu işlərdə məhz Müzamil Abdullayevə dəstək olmuşdur. 




Yəni  cavan Abdullayev həm praktiki olaraq istehsal sahələrində rəhbər vəzifələrdə, həm də Mərkəzi Komitədə indiki  dillə desək siyasi işdə özünü təsdiq edirdi. Belə şəxsiyyətlərin Azərbaycanda olması Ulu Öndərimiz Heydər Əliyev üçün də uğurlu kadrların yetişməsi demək idi.



Artıq özünü həm istehsalatda-praktiki sahədə, həm də idarəetmədə təsdiq etmiş 46 yaşlı Müzamil Abdullayev hökumətdə - Nazirlər Soveti sədrinin 1-ci müavini və Dövlət Aqrosənaye Komitəsinin sədri vəzifəsinə təyinat alır. 
Aqrosənaye Komitəsinin nə olduğunu bilməyənlər üçün onu qeyd edək ki, bu qurumda ölkənin xeyli sayda nazirliyi, komitələri birləşmişdi. Yəni Müzamil Abdullayevə belə bir nəhəng sahə etibar edilmişdi. 
Sonradan, yəni 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək Müzamil müəllim  kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
Yəni bu insan Ulu Öndərimiz Heydər Əliyevə olan inamı, etibarı, savadı və bacariğı hesabına bu zirvəyə yüksəlib. 

Müstəqillik dönəmində Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə gəlməsində Müzamil Abdullayev bütün enerjisi ilə çalışıb, Ulu Öndərin siyasi xəttinin qələbəsi uğrunda qətiyyətlə mübarizə aparıb. 
Həmin dövrün şəkillərinə diqqətlə baxanda bir neçə məqam diqqəti cəlb edir. Fotolarda Ulu Öndərin Müzamil Abdullayevə hörmət və ehtiramla yanaşması, ona rəğbətlə, hətta öz övladı  kimi qayğı ilə baxması  xüsusi olaraq  diqqəti cəlb edir. Yəni Ümummilli liderin nəzərləri hər mənada Müzamil Abdullayevin üzərində olub və ona inanıb. 
Amma nə etməli ki, tarixin siyasi burulğanlar dövrü olur. Müzamil müəllim də həmin dövrü yaşamalı oldu. Ancaq bu onun Heydər Əliyev dühasına hörmət və sevgisini zərrə qədər azaltmadı. Əksinə həbsxanadan çıxan kimi, yəni Heydər Əliyevin əfv fərmanından sonra Müzamil Abdullayev Ulu Öndərin Sülh üzrə Nobel mükafatı alması üçün ilk təşəbbüsü göstərib. 
Təsəvvür edirsiniz,  dünyanın ən böyük mükafatına. 
Müzamil Abdullayev  təkcə özünün əfv olunmasını deyil, Heydər Əliyevin hakimiyyəti dönəmində  50 mindən artıq insanın əfv olunmasını, öz ailəsinə qovuşmasını önə çəkib. 
Müzamil Abdullayev öz təşəbbüsündə xüsusi olaraq qeyd edirdi ki, söhbət təkcə 50, 60, lap 100 min məhkumu əfv etməkdən getmir. 
Heydər Əliyev 1993- cü ildə hakimiyyətə gəlməklə, Dağlıq Qarabağ döyüşlərinin ən dəhşətli vaxtında atəşkəs sazişini imzalamaqla  regiona sülh gətirdi, kütləvi qırğınların qabağını aldı. Bunu həyata keçirmək böyük siyasi iradə, cəsarət tələb edirdi. 
Bəli, həmin dövrdə dövlət katibi işləyən Lalə Şövkət xanım da dahi Hüseyn Caviddən misal çəkirdi:

Kəssə, hər kim tökülən qan izini,
Qurtaran dahi odur  Yer üzünü. 

Bütün bunları düşünərək, Müzamil Abdullayev zamanı qabaqlayaraq Ulu Öndərin Sülh üzrə Nobel mükafatına təqdim olunmasına təşəbbüsdə bulunmuşdur. 
Siyasi burulğanlar arxada qaldı, hər şey öz yerini tapdı, kimin kim olduğu bəlli oldu. 
Bu gün də Müzamil Abdullayev öz ağlını, savadını, bacarığını xalqımızın inkişafı və rifahı üçün sərf edir. 
Və ən əsası Müzamil Abdullayev Ulu Öndəri şükranlıqla, minnətdarlıqla və sevgi ilə xatırlayır. Və onun davamçısı Müzəffər  Ali Baş Komandan, Şuşa Fatehi İlham Əliyevin haqq işini ürəkdən dəstəkləyir.

скачать dle 12.1