Ölkəmiz üçün cətin bir dövrdə-Pandemiyanın baş qaldırıb geniş vüsət aldığı,Cəbhədə vəziyyətin ağır olduğu dönəmdə Veysəloğlu Şirkətlər qrupunun sahib olduğu Spar marketlər şəbəkəsi vətəndaşların sözün əsl mənasında canını boğazına yığıb.Belə ki mağazaya girirsən nə vecinə alan məsul şəxs var nə də saya salan satıcısı………
Gündəlik Bakı bildirir ki,23.07.2020 saat 00 radələrində Səməd Vurğun küçəsində,Ağır Cinayətlər Məhkəməsi ilə üzbəüz yerləşən Spar marketə daxil olan müştəri,Azərbaycan vətəndaşı  marketə daxil olarkən maraqlı mənzərə ilə qarşılaşır.Mağazada qanun-qaydaya görə məsul şəxslər vətəndaşların mağazaya daxil olarkən mütləq şəkildə maska taxılmasına diqqət göstərməlidir.Amma bu Spar marketdə elə bilki belə qanun qayda yoxdur.Hələ bütün bunlar azmış kimi satıcıların müəllim deyə müraciət etdiyi administrator maskasını çənəsinin altına salaraq öz bahalı mobil telefonu ilə məşğul olaraq öz kefindədir.Marketə daxil olarkən dezinfeksiya məqsədilə nəzərdə tutulmuş spirt məhlulunu tapmaq,istifadə eləmək müşkül məsələdir.
İndi isə gələk əsas məsələyə. Mağazaya girərkən marketdə   ‘‘fəaliyyət’’ göstərən tək adam həm satıcı,həm də kassir kimi ‘’fəaliyyət’’ göstərən heç işindən xəbəri olmayan arıq,bəstəboy bir oğlan uşağı bəzi malların endirimdə olduğunu təklif edir.30 manatlıq bazarlıq etdiyin təqdirdə həmin endirimlərdən yararlanacağını müştəriyə söyləyir.Müştəri də bəh bəhlə bazarlığını etməyə başlayır.Kassaya yaxınlaşanda birinci fırıldaqcılıq ‘’metodu’’ işə düşür.Həmin o təklifi müştəriyə söyləyən oğlan həmin o endirimdə olan malların 30 manatlıq mal aldıqdan sonra işə yaradığını söyləyir.Müştəri kor peşman 30 manatlıq limiti tamamlamağa çalışır.Həmin o 30 manatlıq alış veriş olandan sonra ikinci firildaqçılıq metodu işə düşür.Həmin o endirimli mallar kassaya vurulanda müştəri maraqlı bir mənzərə ilə üzləşir.Həmin o endirimdə olan mallar müştəriyə köhnə qiyməti ilə standart bahalı qiyməti ilə müştəriyə sırınır.Müştəri bu hoqqabazlığı anladığı təqdirdə sistemdə yanlışlığın olduğunu hətta kampaniyanın bitdiyini söyləyir.Spar market camaatı ələ salır? Bu fırıldaq əməlləri törətməyi Veysəloğlu Şirkətlər qrupunun məsul şəxsləri tapşırıb? Spar Marketin  bu fırıldaq əməlini başa düşən vətəndaş haqqını tələb edir,başa düşməyən vətəndaşa da mallar sırınır.
Heç bir həftə keçməyib ki, Döyüşlərin qızğın olduğu vaxtda,Vətən uğrunda şəhidlərimizin canlarından keçdiyi bir vaxtda Oba marketdə təmtəraqlı açılışın keçirilməsi,pandemiya qaydalarının kobud şəkildə pozulması  sosial şəbələrdə qınaq obyektinə cevrilmişdi.Və biz də  şəhidlərimizə edilən hörmətsizliyə göz yummayaraq öz saytımızda dərc etmişdik.
Maraqlıdır ki, Veysəloğlu Şirkətlər Qrupu  və onun tabeçiliyndə olan marketlər bu qanunsuz əməlləri törədəndə hansı yüksək çinli məmura arxayın olurlar? Heç Bravo marketlər şəbəkəsindəki nizam intizama baxıb örnək götürüllərmi?
Ümid edirik məsələyə xüsusi diqqət göstəriləcək,əgər xalqı düşünərək diqqət yetirən olacaqsa……
Mövzu diqqətimizdədir.


скачать dle 12.1