BakiSesi.com

10 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Cəfərovun rüşvət və korrupsiya əməlləri- O ƏDLİYYƏ SİSTEMİNƏ LƏKƏDİR....

Tarix:1-09-2021, 17:06 | Oxunub: 17
10 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Cəfərovun rüşvət və korrupsiya əməlləri- O ƏDLİYYƏ SİSTEMİNƏ LƏKƏDİR....
10 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Emin Cəfərovun rüşvət və korrupsiya əməlləri 

“Kalon rəisi”nin əməlləri nazir Fikrət Məmmədovun və PX rəhbərliyinin  fəaliyyətinə qara ləkədir 

Bu qara ləkəni silməyin zamanı çoxdan çatıb 


Son illərdə Penitensiar Xidmət sahəsində xeyli ciddi islahatlar həyata keçirilib. 
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkumların  hüquqlarının qorunmasına diqqətlə yanaşılır, bu sahədə mütərəqqi islahatlar aparılır, o cümlədən cəza-icra siyasəti humanistləşdirilir.
Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları, xeyli sayda məhkumun  əfv edilməsi dövlətimizin humanist siyasətinin göstəricisidir. 
Eyni zamanda azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması, alternativ cəzalara üstünlük verilməsi, ev dustaqlığı, bir sözlə, cəza siyasətinin humanistləşdirilməsi çox mütərəqqi addımlardır. 
Cənab Prezidentin bu  humanist siyasətinin həyata keçirilməsində, icra olunmasında cənab ədliyyə naziri Fikrət Məmmədovun və Penitensiar Xidmətin rəhbərliyinin də əməyi çoxdur. 
Ancaq çox təəssüf ki, bəzi cəzaçəkmə müəssisəsinin, həbsxanaların  rəhbərləri cənab Prezidentin bu  çox vacib  siyasətinin üzərinə kölgə salır, öz şəxsi maraqları üçün məhkumlara və onların ailələrinə problem yaradırlar. 
Belə  həbsxana rəhbərlərindən biri də 10 saylı Cəzaçəkmə müəssisəsinin rəis müavini Emin Cəfərovdur. 
Loru dildə desək, bu adamın elə bil doğulanda göbəyini rüşvətlə kəsiblər. 
Bu adam  dustaqlardan rüşvət almaq üçün ən axırıncı yola gedir, dustaqlara “torba” tikir, müxtəlif   çirkin  üsullarla məhkumlardan pul toplayır. 
10 saylı  “kalon”un  rəis müavini olan  Emin Cəfərov  rüşvət və korrupsiya yolu ilə milyonlar qazanıb. 
Görəsən, bu rüşvətxor rəis müavininə “krışa”lıq edən, himayədarlıq edən, onu müdafiə edən hansı  vəzifəli şəxsdir ? 
Yəni bu adam heç nədən çəkinmədən  ölkə qanunlarını, hətta  yazılmamış  qaydaları ayaq altına atıb tapdalayır. 
Bu adam özü üçün həbsxanada  az qala lüks şəraiti olan istirahət mərkəzi yaradıb, kabinetini xidməti otaqdan çox istirahət məkanına çevirib. 
Bu adamdan soruşmaq lazımdır ki, istirahət otağında  üstündə uzandığı  bahalı divanı  kimin əlindən tutub alıb. Bəlkə, Ramazanı  rəis Emin Cəfərovun yadına  salaq. 
Bir sözlə, Emin Cəfərovun məhkumların üzərində törətdiyi əməllər, heç bir  qanuna, insanlıq  normalarına sığmır. 
Onun bu rüsvayçı  hərəkətləri Penitensiar Xidmətin rəhbərliyinin, konkret olaraq Ədliyyə naziri cənab Fikrət Məmmədovun müsbət fəaliyyətinə qara ləkədir. 
Bizcə, bu qara ləkəni silməyin zamanı çoxdan çatıb.  /Gundelik-baku.com/скачать dle 12.1