BakiSesi.com

Adəm və Hatəm qardaşlarının Bakıdakı əxlaqsızlıq yuvaları həm də “kompramat” mənbəyidir- RƏZALƏT

Tarix:6-10-2021, 17:50 | Oxunub: 20
Adəm və Hatəm qardaşlarının Bakıdakı əxlaqsızlıq yuvaları həm də “kompramat” mənbəyidir- RƏZALƏT
Qardaşlar  gizli çəkdikləri videolarla imkanlı şəxsləri şantaj edirlər...

Bəs hüquq-mühafizə orqanları niyə tədbir görmür ? 

Yəqin ki, ata-anası, yaxud nənə-babası bu qardaşlara Adəm, Hatəm adlarını qoyanda  düşünübləri ki, böyüyb fəzilət sahibi, iman əhli olarlar. 
Çünki Adəm və Hatəm adları təkcə müqəddəs dinimiz İslamda deyil, həm də digər səmavi kitablar olan Tövradta, Zəburda , İncildə hörmət və etiramla anılır. 
Amma atalar demişkən, sən saydığını say...gör Adəm-Hatəm  qardaşları nə sayır...
Bəli, insan övladı üçün işləmək, qurmaq, yaratmaq, əkmək, biçmək, bir sözlə halal yolla çörək qazanmaq ən üstün keyfiyyətdir. 
Biri axşamacan daş yonur, yəni çörəyi daşdan çıxır. Adəm-Hatəm qardaşlarının çörəyi isə əxlaqsızlıq yuvalarından çıxır. 
Bu yerdə milli  dəyərlərimizə  xırda bir ekskurs edək. 
Milli dəyərlərimizdə kişinin papağı müqəddəs sayılır. Əslində papaq dediyimiz geyim adi qoyun dərisindən hazırlanır. Yəni papaq özlüyündə müqəddəs deyil, onu daşıyan baş ləyaqətli olanda papaq dəyərə çevrilir. 
Çörək də eləcə...Yəni millətimiz çörəyə az qala müqəddəs Quran kimi and içir və and içəndə çörək haqqı, Quran haqqı deyir. 
Amma bu ifadə hər çörəyə aid deyil, halal yolla qazanılmış çörəyə aiddir. Niyə ?
Çünki kimsə narkotik satmaqla çörək qazanacaqsa, bunun nəyi müəqqədəs ola bilər ? 
Eləcə də Adəm-Hatəm qardaşları kimi əxlaqsızlıq  yuvalarından çörək qazanacaqsa, bunun nəyi müqəddəs ola bilər ? 
Kimsə Adəm-Hatəm qardaşları ilə necə çörək kəsə bilər ?
Ümumiyyətlə, bu yolla çörək qazanmaq, ailə dolandırmaq, arvad-uşaq saxlamaq, bəlkə də dünyanın ən axırıncı yoludur.   
Ən acınacaqlısı odur ki, bu qardaşlardan biri olan Adəm vaxtilə hüquq-mühafizə orqanlarında çalışıb. 
Günümüzə bax ee, HÜQUQ hara, əxlaqsızlıq  yuvası hara? 
Bu adam dövlətdən kifayət qədər maaş alıb, yəqin indi, ya da nə vaxtsa yüksək pensiya da alacaq. Və buna baxmayaraq  əxlaqsızlıq yuvası saxlayır. 
Görəsən, bu qardaşlar səhər evdən çıxanda arvad-uşağa nə deyirlər?
Yəqin deyirlər ki, işə gedirik. Ta demirlər ki, əxlaqsızlıq yuvası işlətməyə gedirik. 
Görəsən bunların evlərindəkilər bilmir ki, hansı və nə yolla qazanılmış çörəyi yeyirlər...
Sözün düzü, mövzu çox, həddən çox ağrılı mövzudur. 
Görəsən, Adəm-Hatəm qardaşları qocalanda nəvələrinə nə danışaqcaqlar ? 
Kimsə nəvələrinə Qarabağda şir kimi vuruşmağından danışanda, Adəm-Hatəm qardaşları da əxlaqsızlıq yuvalarında ŞAM tutmaqlarından basıb-bağlayacaq...
Nə isə, mövzunu uzatmayaq. 
Bunun mənəvi-əxlaqi tərəflərini anladıq. Bəs hüquqi tərəfi görək nə yerdədir. 
Axı, adına əxlaqsızlıq problemi dediyimiz bəla artıq məktəblərin, yaşayış evlərinin, məscidlərin, hətta dövlət qurumlarının yanında yerləşir. 
Axı, bu gün otel deyəndə hamının ağlına ani olaraq əxlaqsızlıq yuvaları gəlir. Və imkanlı şəxslərimiz özləri üçün  otellər açırlar.    
Problem o qədər aktuallaşıb ki, hətta Milli Məclisdə otellərə qoşa girən şəxslərin sənədlərinin xüsusi olaraq yoxlanması məsələsi müzakirə olunur. 
Nəinki müzakirə olunur, hətta  ölkənin Daxili İşlər Nazirliyinin tabeçiliyində  İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir. 
Hər gün xəbərlərdə, saytlarda, sosial şəbəkələrdə bu mövzuda nə qədər xəbərə rast gəlirik. 
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları hər gün nə qədər əməliyyat keçirir, yenə bu problem öz həllini tapmır. 
Yazının girişində adını qeyd etdiyimiz Adəm və Hatəm qardaşları da  fahişə biznesini özləri üçün peşəyə, qazanc mənbəyinə çeviriblər. 
Qardaşların “priton”una  hansı imkan sahibləri gəlmir ? Ən dəhşətlisi odur ki, qardaşlar üçün əxlaqsızlıq yuvası həm də “kompramat”  mənbəyidir. Və qardaşlar bu yolla imkanlı şəxsləri  şantaj edərək  pul-sərvət qazanırlar. 
Görəsən ortada bu boyda qanunsuzluqlar, əxlaqsızlıqlar olduğu halda hüquq-mühafizə orqanları niyə bu qardaşların əməllərinə göz yumur ?
Görəsən, bu qardaşların havadarları kim(lər)dir ? 
Bax, əsas məsələ budur. 
Bizi izləyin.
P.S Qeyrəti, namusu olan hər bir kəs bu işdə bizə kömək edər. Yazının çıxarılmasını xahiş etməz. /Gundelik-baku.com/скачать dle 12.1