Deyəsən, axırda Allah da “Şapka Mamed”dən bezdi...
Bir neçə il əvvəl hazırda həbsdə olan Cahangir Hacıyevin rəhbəri olduğu Beynəlxalq bankda baş verən cinayət əməlləri Azərbaycanda bank sisteminin rüsvayçı vəziyyətdə olduğunu bir daha sübut etdi.
Xatırlatma üçün qeyd edək ki, əvvəl dedilər ki, bankın 4 milyard problemli krediti var. Sonra “summa” 10 milyarda qalxdı.
Bunları deməkdə məqsədimiz odur ki, ümumiyyətlə, ölkəmizdə bankçılıq çapovulçuluq kimi başa düşülür.
Belə banklardan biri də Turanbankdır.
Məlumat üçün qeyd edək ki, “TuranBank” ASC 1992-ci ildə təsis olunub.
İdarə Heyətinin sədri FƏZAİL MUSAYEV, Müşahidə Şurasının sədri Rauf Kazımov, Baş direktor Emil Mürsəlovdur.
Yəqin ki, MUSAYEV familyası hamının yadına “Şapka Mamed”i saldı.
Bəli, “Şapka Mamed” kimi tanınan Məmməd Musayev ölkəmizin bank sistemi üçün fəlakətdir. Bütün irili-xırdalı bankların çoxu “Mamed”in şinelindən çıxıblar. O cümlədən də “Turanbank” ASC.
Bu bankın “Şapka Mamed”ə məxsus olması heç kimə sirr deyil.
Yəqin bankın İdarə Heyətinin sədri Fəzail Musayevin soyadı ilə “Şapka Mamed”in soyadının üst-üstə düşməsi də təsadüfi deyil.
Sözün qısası “Şapka Mamed” nə tökübsə Turanbank da onu yığıb.
Bankdakı kredit faizləri, süründürməçilik və digər neqativ hallar heç bir əndazəyə sığmır.
Guya Allah qoymasa hərdən müəllimlərə, “pojarnı” işçilərinə güzəştli kredit verməklə bağlı yalandan özlərini reklam edirlər.
Hələ bu harasıdır ?
Təsəvvür edirsiniz, vətəndaş “Turanbank” ASC-dən kreditləşmə yolu ilə avtomobil alıb. Özü də avtomobil işlənmiş, hətta “daldan vurulmuş” olub.
Vətəndaş ilkin ödənişi həyata keçirib, avtomobil təmirdə olub və...
Bəli, Turanbank təmirdən çıxan avtomobili vətəndaşdan zorla geri alıb. Guya bağlanan müqavilədə şərtlər düzgün olmayıb.
Hətta bank vətəndaşın idarəetdiyi avtomobili küçədə DYP vasitəsilə saxlatdıraraq banka gətizdirib.
Daha bu bankçılıq olmadı, vallah, qaçaq-quldurçuluqdur.
Yuxarıda əbəs yerə demədik ki, hər yerdə “Şapka Mamed”in dəsti-xətti görünür.
Turanbank-da hətta müştərilərə məhkəmə yolu ilə hədə-qorxu gəlirlər.
Çünki “Mamed” oğluna vəsiyyət edib ki, məhkəmələr mənlikdir.
Sözün qısası, Məmməd Musayevin “xozeyn” , oğlu Fuad Musayevin rəhbər olduğu "Turanbank”dan kredit götürən şəxslərin işi Allaha qalıb.
Deyəsən, axırda Allah da “Şapka”dan üz çevirdi... /Gundelik-baku.com/
“Şapka Mamed”in oğlunun “Turanbank”ında nələr baş verir ?- “TURANBANK”dan BİTİB TÜKƏNMƏYƏN ŞİKAYƏTLƏR…
11
oktyabr
12:56

Qarabağ
KOMMENTLƏR
"Turanbank"dan ciddi qanun pozuntusu - Bank və sədr cərimələnəcək
“Şapka Mamed” atası Qurban müəllimdən az qala qəhrəman Qatır Məmməd düzəltmək istəyir…- Qatır Məmmədlə Qotur Məmmədi səhv salma, Məmməd Musayev
“Şapka Mamed”in kitabı : “Mən belə Qurbanam”- Məmməd Musayev də həbs oluna bilər...
Access Bankda “şapka” məsələsi- Müştərilər bu bankdan niyə narazıdır ?
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar