Sonqulu Bağırov  bir gecədə  Sirkin yanındakı parkda 80 ağacı necə məhv elədi...

Və yerində otel tikdi...


Dünyada ən dəhşətli problem rəssamı “malyar”,  “malyarı” isə  rəssam yerinə işlətməkdir. 
Bunu nə üçün yazdığımızı  birazdan  Hüseynqulu Bağırovun timsalında biləcəksiniz.  
Deməli, bu yaxınlarda  saytlarda  “Sabiq ekologiya naziri Hüseynqulu Bağırov haradadır ?” başlıqlı yazıya rast gəldim. 
Hüseynqulu Bağırov  harada olacaq ? 
Əlbəttə, dövlətdən oğurladığı milyonları  öz şəxsi biznesi üçün  xərcləməkdə. 
Təsəvvür edirsiniz, dünyanın heç bir yerində  tarix müəllimini  ticarət  naziri qoymaq məsələsi olmayıb. 
Axı, tarix elmi hara, ticarət  naziri hara ? 
Bəli, Hüseynqulu  Bağırov  1978-ci ildə Azərbaycan Dövlət Universitetinin ( indiki BDU ) tarix fakültəsini bitirib.
Guya  1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 
Hansı elmi fəaliyyətlə ?
Elmin hansı sahəsində tədqiqat işləri aparıb ? 
Elmi işinin adı nə olub ?
Bütün bunlar barədə  eks nazirin tərcümeyi-halında bircə cümlə də yoxdur. 
Sonra  Nyu-York şəhərində kollecdə  dil kurslarını bitirib. Lap tutaq ki, Hüseynqulu Bağırov  dil kurslarını bitirib, 5-6  əcnəbi dil öyrənib. Axı, bunlar bir dövlətdə ticarət naziri olmaq üçün  əsas deyil. 
Bu gün Azərbaycanda  7-8 dil bilən poliqlot ( yəni çox dil bilən ) gənclər var, onları  nazir qoymaq lazımdır ? 
Bəli, cənab  Hüseynqulu  Bağırov 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Ticarət Naziri vəzifəsində işləyib.  Cəmi 1-cə il. Bu adam 1 ildə nə edə bildi ki, 1 ildən sonra, yəni 2001-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri oldu. 
Lənət şeytana. Tarix müəllimi, sonra ticarət naziri və 1 il sonra ekologiya naziri. 
Ticarət naziri məsələsini qoyaq bir kənara. Ekoloji problemlər hazırda dünyada ən ciddi problem hesab olunur, iqlim dəyişikliyi  dünyanın qarşısında 1 nömrəli problem kimi dayanıb. 
Tarix müəllimi Hüseynuqlu nə bilir ki, ekologiya nədir?
Və beləcə  Hüseynqulu  Bağırov  düz  18  il  müstəqil Azərbaycan dövlətinin ekologiya naziri oldu. 
18 il Azərbaycan meşələrinə, göllərinə, təbiət qoruqlarına, dağlarına  Hüseynqulu Bağırov  elə bir zərbə vurdu ki, bunu bərpa etməyə  100 il vaxt lazım olacaq. 
Təsəvvür edirsiniz  18 ildə yüz minlərlə ağaclar kəsilərək mebel sexlərinə daşındı, çayların yataqlarındakı qum-çınqıl şəhərlərə daşınaraq satıldı. 
Daş karxanaları  dağları, təpələri  viran qoydu. 
Və əvəzində Hüseynqulu Bağırov milyonlara sahib oldu. 
Azərbaycanda və qardaş Türkiyədə  Hüseynqulu Bağırovun və oğlu Lətifin  otellərinin sayı artdı. 
Lətif  Bağırovun  beton zavodu, Bakıda oteli, avtomobil kolleksiyası, uzaq Latviyada biznesi  və daha nələri. 
 Özünü Allah qoymasa  ziyalı-professor kimi göstərən, haqqında tənqid yazan medanı məhkəmə ilə hədələyən Hüseynqulu Bağırovun ailə üzvlərinin Böyük Britaniya,  Almaniya, Avstriya, Kipr, Çexiya, Türkiyə və Latviyada da iri biznesləri var. Bu barədə hətta  iqtidaryönlü media da rəsmi sənədlər əsasında məlumatlar yayıb. 
Hətta  sabiq nazirin qızı Sevinc Bağırovanın Londonda, Parisdəki mülkləri də ortaya çıxıb. 
Çexiyada təsis edilən  şirkətin  hissələri isə Lətif Bağırova 10 %, Aliya Nuriyevaya 10 % , Sevinc Bağırovaya 10%, Duriya Nuriyevaya 35 %  və Liana Bağırovaya 35 % olmaqla tam bir ailə şirkəti olub. 
Kimdir bunlar?
Hüseynqulu Bağırovun oğlu, qızı, həyat yoldaşı,  bacısı və  bacısı qızı. 
Bəli, Hüseynqulu Bağırov  dövlətdən oğurladığı milyonlar  hesabına  Çexiyada ailə biznesi qurub. 
Bu siyahını sonsuza qədər uzatmaq olar. Amma ehtiyac görmürük. 
Təkcə bir məsələni qeyd edək ki, Hüseynqulu Bağırovun  icazəsi əsasında qanunsuz balıq ovlayan brakonyerlər  min tonlarla balıq ovlayıb, nə qədər qanunsuz  kürü  satıblar. Və hamısı da ekonazirlə şərik olublar. 
 Lətifin  bibisi qızı ilə “işbirliyi”  isə  əsl  rüsvayçılıqdır. 
Bunu  Lətifin  otelində çalışan  bütün əməkdaşlar bilir. 
Sonda onu da qeyd edək ki, əgər az-çox normal istintaq prosesi olsaydı,  alpnistlərin ölümünə görə, cənab Sonqulu çoxdan içəridə idi. 
Bəli, Sonqulu...
Görün  sabiq nazirin xalası oğlu  Azər nə deyir:
“Uşaqlıqdan bir yerdə olmuşuq. Onun adı əslində Sonqulu idi, sonralar dəyişib Hüseynqulu yazdırdı. Və Hüseynqulu  ekologiya naziri olanda mənim Bakı Dövlət Sirkindən bir az aşağıda, “Təzə bazar”ın yaxınlığında çoxillik ağaclardan ibarət parkda  çayxanam var idi. Bir gün Sonqulu dedi ki, gəl şərik olaq, bu parkın yerində otel tikdirək. Mən təəcübləndim, dedim bəs ağaclar necə olacaq? Dedi sənlik deyil, onu mən həll edəcəm. Doğrudan da bir gecənin içində parkdakı 80-dən artıq çoxillik ağacı kəsdirdi, yox elədi. Başladı otel tikməyə..”
Ay Hüseynqulu müəllim, sən ancaq Əli Həsənovun dostusan, elə bilirsənki bilmirlər ki, Əli Həsənovun vasitəsilə neçə-neçə jurnalist həbs etdirmisən? Ona görə də sənin varını, yoxunu, şəcərəni, hər şeyini səhər yuxudan duran kimi salamlayırlar. Bu gündən etibarən sənin də xoş günlərin başlayır.
Həə, burda deyirlər SÖZÜN BİTDİYİ YER….
P.S Bəli, indi tapdıq Hüseynqulu Bağırovun bir zamanlar Azərsu tərəfindən suyu dibindən kəsilən oteli bu imiş. /Gundelik-baku.com/скачать dle 12.1