Deməli,  Prezident İlham Əliyev cənabları ölkədə yaranmış vəziyyətlə bağlı  iki  MÜHÜM  qurum  yaratdı. 
Birincisi, Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyi ( AQTA), ikincisi,  Mənzil İnşaatı Dövlət Agentliyi ( MİDA ). 
AQTA nə üçün yaradıldı ?
Məlumdur ki, son 30 ildə  ölkənin qida təhükəsizliyində  ciddi problemlər yaranmışdı. 
Təkcə bir faktı qeyd edək ki, ölkədə mənşəyi məlum olmayan ət və ət məhsulları  istehlakçılara satılırdı. 
“Leş Tofiq” məsələsini, ölmüş  heyvan cəmdəklərinin bazarlarda satılmasını,  keyfiyyətsiz  qida məhsullarının ölkəyə gətirilməsini gözünüzün qarşısına gətirin. 
Söhbət təkcə  mənşəyi məlum olmayan məhsullardan getmir. Söhbət ölkəyə  gətirlilən və  standartlara cavab verməyən, geni modifikasiya olunmuş məhsullardan gedir. 
Hətta Baytarlıq və Fitosanitariya kimi mühüm dövlət qurumlarının da səlahiyyətləri  AQTA-ya verildi. Və Qoşqar Təhməzli quruma rəhbər təyin olundu. 
Perzidentin təşəbbüsü ilə yaradılan ikinci mühüm qurum isə  Mənzil İnşaatı Dövlət Agentliyi ( MİDA ) idi. 
Problem nə idi ?
Məlumdur ki, sovet dövründə insanlar növbəyə  duraraq gec-tez mənzil alırdılar. 
Bu sistem dağılmışdı, yəni bazar iqtisadiyyatı  başqa yanaşma tələb edirdi. 
Məhz buna görə də, cənab Prezident 2016-cı ildə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, sosial müdafiəsini gücləndimək, mənzil-məişət şəraitini yaxşılaşdırmaq, onların GÜZƏŞTLİ şərtlərlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi ( MİDA ) yaratdı. 
Və   MİDA MMC-yə Fərhad Təhməzovu  rəhbər təyin etdi. 
Fərhad və Qoşqar  cütlüyü  Təhməzli-Təhməzov olsalar da  doğma qardaşlardır. 
İndi təsəvvür edin ki, ölkənin iki ciddi problemi Qoşqar və Fərhad  qardaşlarına tapşırılır. 
Qoşqar Təhməzli  az vaxtda  bazarlardakı laboratoriyaları demək olar ki, məhv etdi, ona həvalə edilən baytarlıq sahəsininin axırına çıxdı. 
Təsəvvür edirsiniz,  bazarlarda, küçə kənarlarında satılan ət və ət məhsullarına nəzarət qalmadı. 
Əvvəl pis-yaxşı nəzarət var idi. Qoşqarın dövründə isə  ancaq  rüşvət və korrupsiya çiçəkləndi. 
Deməli, cənab Prezidentin ortaya qoyduğu nəcib təşəbbüs nəticəsiz qaldı. 
Və sonda məcbur olub, yenidən Aqrar Xidmətlər Agentliyini ( Baytarqlıq və Fitosanitariya ) bərpa etməli oldular. 
Amma bütün bunlara baxmayaraq  Qoşqar Təhməzli yenə də AQTA-nın kreslosunu “zanit” edib. 
İndi  isə keçək o biri qardaşa, yəni MİDA MMC-nin direktoru Fərhad Təhməzliyə. 
Cənab Prezidentin təşəbbüsü ilə  bu quruma Yasamalda pulsuz torpaq sahəsi, özü də  16 hektar ərazi verildi ki, binalar tikib imkansız şəxslərə GÜZƏŞTLƏ   satsınlar, özü də uzun müddətli. 
Təsəvvür edirsiniz, mənzillər illik 4 faiz, minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10 faizi və müddəti 30 ilədək olan güzəştli ipoteka krediti ilə təklif edilir. 
30 ilə...yəni vətəndaş  ən güzəştli şərtlə mənzil almalı idi. 
Ancaq  Fərhad Təhməzovun  maxinasiyaları nəticəsində  möhtərəm Prezidentimizin  bu nəcib  təşəbbüsü də nəticəsiz qaldı. 
Belə ki, vətəndaşlar  güzəştli mənzil almaq üçün ilkin ödəmə ediblər, uzun müddətdir ki, gözləyirlər, amma mənzillərin təhvil verilməsi 3 ildir uzanır. Və hələ də ümid yoxdur. 
Yəni neçə ildir ki, vətəndaşlar öz qanuni mənzillərinə köçə bilmirlər. 
Bu hələ harasıdır ? 
Məlum olub ki, bir mənzil bir neçə nəfərə satılıb. 
Ona görə də zavallı mənzil sahibləri Prezidentdən kömək istəyirlər ki, bu qanunsuzluqlara son qoyulsun. 
İndi gördünüzmü, Qoşqar və Fərhad qardaşları cənab Prezidentin etimadını necə doğruldurlar ?
Və ən əsası minlərlə insanı  dövlətdən narazı salırlar. /Gundelik-baku.com/скачать dle 12.1