Ağcabədidə mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Belə ki, daxil olan məlumat əsasında AQTA müfəttişləri Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Ağcabədi rayonu, Aşağı Avşar kənd sakini, fiziki şəxs Hüseynov Fuad Tahir oğluna məxsus evin həyətyanı sahəsinə keçirdiyi baxış zamanı sandıq tipli soyuducuda mənşəyi məlum olmayan 70 kq heyvan cəmdəyi hissələri, digər sahələrdə isə heyvan sümüklərinin olduğu müəyyən edilib.
Mənşəyi məlum olmayan ətə keçirilən orqanoleptik baxış zamanı ətin rənginin dəyişkənliyi, qoxusu, eyni zamanda sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan həyətyanı sahədə kəsildiyi müəyyən edilib. İnsan istehlakı üçün yararsız olduğu müəyyən edilən ət saxlanca qoyulub, müayinələrin aparılması üçün götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir.
Ağcabədidə mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkarlanıb
21
fevral
13:30

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər