Hüseynqulu Bağırov  Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsindən azad olunanda meşələr, dağlar, göllər, çaylar, balıqlar, ağaclar, bir sözlə, Azərbaycan təbiəti rahat nəfəs aldı. 
Eyni zamanda cəmiyyət də düşündü ki, yeni nazir Muxtar Babayev  bu  “terrora” son qoyacaq. 
Amma təəssüf ki, belə olmadı. 
Yeni nazir Muxtar Babayevin kadrları əvvəlkilərdən də amansız oldu. 
Muxtar Babayevin kadrlarından biri də Hikmət Əlizadədir. 
Söhbət  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadədən  gedir. 
Bu adam ilk açıqlamasında Sumqayıt şəhərindəki üfunət iyisindən, şəhərin havasındakı tüstüdən geniş danışır və tədbirlər görüldüyünü bəyan edir.
Cənab Əlizadə ! 
Sumqayıt şəhərində onlarla özəl metal əritmə sexləri fəaliyyət göstərir. 
Söhbət  yığılan məişət tullantılarının, mis, aliminium və digər metalların, cihazların ərdildiyi sexlərdən gedir. 
Cənab Əlizadə !
Həmin özəl sexlərdə  əridilən tullantılar ətraf mühitə ən dəhşətli ziyan vurur, zəhərli maddələri havaya atırlar. 
Bu metal əritmə sexləri  hər ay milyonlar qazanır. 
Belə ki, emal etdikləri metalı  guya hazır məhsul adı ilə xaricə ixrac edir, gömrükdən qanunsuz keçirirlər, vergidən yayınırlar  və nəticədə milyonlar qazanırlar. 
Sizin  nümayəndəsi olduğunuz Ekologiya Nazirliyi  həmin metal əritmə sexləri ilə şərikdir. 
Elə bilirsən ki, bunu cəmiyyət bilmir. 
Sonra da yalandan  Sumqayıtın üfunətli havasından danışırsan. 
Cənab Əlizadə ! 
Son illər ərəb və digər xarici ov həvəskarları  Azərbaycanı oylağa çeviriblər. 
Guya bunlardan xəbərin yoxdur ?
Öz açıqlamanda deyirsən ki, bəzi hallarda  ərəb ovçular icazəsiz ov edir...
Ay adam, nə  “icazəsiz”...??
Bu boyda icazəsizlik olar ?
Bu ərəb ovçuları necə ölkəyə daxil olub ? 
Necə silahla bölgələrimizə gedib ? 
Necə  ovla məşğuldurlar ?
Bütün bunlar sizin şərikliyinizlə baş verir. Başa düşdünmü ? 
Sizin kimilər Azərbaycanı sanki Afrikaya çevirmisiniz. 
Sizin nümayəndələr hər ay ərəb ovçularından “aylıq”  toplayır. 
Cənab Hikmət Əlizadə. Sizin  sayənizdə Azərbaycan göllərində, çaylarında, Xəzərdə  balıqların kökü kəsilib. 
Sizlər hər ay brakoneyerlərdən  nə qədər “aylıq” alırsınız ? 
Özün  gözəl bilirsən ki, bir çox milli park direktorlarının vəzifədə saxlanılması və yaxud yerlərinin dəyiş-düyüşü məsələsi  məhz sizdən- Hikmət Əlizadədən asılıdr.

P.S Cənab Muxtar Babayev, yazıda göstərdiyim videoya bax və işçilərinə qiymət ver. /Gundelik-baku.com/скачать dle 12.1