Müqais Verdiyev, 5 min manatımı qaytar ...
İş adamı Müqais Verdiyevlə bağlı yazıları oxuyanda ortaya haqlı suallar çıxır. Bu adamın ittiham etmədiyi məmur qalmayıb. Müqais Verdiyev hansı rayonda, hansı şəhərdə xırda-para abadlıq-quruculuq işi görübsə lazım olandan artıq pulunu alıb. Amma pulunu alandan sonra həmin rayonun, şəhərin icra başçısını, yaxud səlahiyyətli məmurunu mediada biabır etməyə çalışır ki, guya gördüyü işlərə görə, haqqını ala bilmir. Məsələn, Müqais Verdiyev Goranboyun icra başçısını mətbuatda biabır edirdi. Sonra eyni ssenari başqa rayonlarda davam etdi. Və nəticədə Müqais Verdiyev həbs edildi. Sonra azadlığa çıxandan sonra yenə mətbuatda yazılar tirajlamağa başladı. Bu dəfə Sumqayıtın icra başçısı Zakir Fərəcovu şantaj etməyə girişdi. Sumqayıt icra hakimiyyətinin mətbuat xidməti bəyan edib ki, həmin sahibkarın haqqı tam ödənilib. Amma Müqais Verdiyev əl çəkmək bilmir. Müqais Verdiyevin dostlarından biri bildirir ki, bu adam bu günədək kimləri “rasxod” eləmədi, hətta “Oxrananın rəisinin” də başını yedi. Dostu deyir ki, ay Müqais, sənə türmədə verdiyim 5 min manatı nə vaxt qaytaracaqsan ? Növbəti yazıda suallara aydınlıq gətirəcəyik.

скачать dle 12.1