Ölkəmizdə bəzi yol polisləri vəzifə səlahiyyətlərini aşaraq sürücüləri özbaşınalıqları ilə təngə gətiriblər. Yol polisləri sürücüləri manevr qaydalarını pozduqlarına görə saxlayır və avtoxuliqan adı altında avtomobili cərimə meydançasına göndərirlər. 
Orada sürücüdən avtomobilə aid bütün sənədlər alınır və məsələn, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində hansısa otağa və ya hansısa rayon DYP Şöbəsinə yaxınlaşmaları bildirilir. Sürücü də rayon və ya şəhər BDYPİ-nə yaxınlaşaraq, avtomobili cərimə meydançasından çıxarmaq istədiyini bildirir. Lakin sürücü öz hüquqlarını bilmədiyi zaman idarədə rüşvətxorluqla üzləşir və müəyyən məbləğlər “oxunur”. 


 
“Avtoş” adıyla tutduqları sürücüləri buraxıb…
Qaydalara görə, yol polisi bir avtomobilə avtoxuliqan kimi “saxla” əmri verirsə əlində görüntü, fotofakt olmalıdır. Avtomobil cərimə meydançasına aparıldıqdan sonra, yol polisi sürücü ilə birlikdə məhkəməyə yollanmalıdırlar. O zaman görüntülər məhkəməyə təqdim edilməlidir ki, baş vermiş hadisəyə uyğun olaraq, müvafiq qaydalara əsasən, cərimə tədbirləri tətbiq edilsin. Lakin yol polisi isə tam əksinə edir. “Avtoş”luq adı ilə tutduqları sürücüləri buraxıb, maşını cərimə meydançasında saxlayırlar. Heç bir sənədləşmə aparmadan pul aldıqdan sonra buraxırlar.
Eyni oyundan sərxoş sürücülərin də başına gətirilir…
Bununla yanaşı, son zamanlar sərxoş sürücülər üçün bir çox reydlər keçirilir. Həmin reydlərdə sərxoş halda saxlanılan sürücülərə qanuni protokol tərtib edilmir. Yəni eyni oyundan sərxoş sürücülərin də başına gətirilir. Sürücülük vəsiqəsi və avtomobilə aid olan bütün sənədlər sürücünün əlindən alınır və şöbəyə yaxınlaşması bildirilir. Qanunda göstərilir ki, sərxoş sürücü saxlanılan zaman tibbi müayinədən keçirilməli və qanuna uyğun olaraq məhkəmə qarşısına çıxarılmalı, nəzərdə tutulan cəza və cərimə tətbiq olunmalıdır.


 
Kimə arxayındır bu serjant?


 

Düzdür, Vilayət Eyvazov nazir olunandan belə hallar azalıb. Onlarla rüşvətxor yol polisi işdən qovulub.
Onların arasında Nuşirəvan Səfərov kimi rəislər vardı. 
BDYPİ rəisi, rəsmi maaşı yəqin ki, 1500 manatdan artıq olmayan Nuşirəvan Səfərovun Bakının milyonçular yaşayan prestijli rayonunda – Badamdar qəsəbəsi 2-ci yeni massiv, ev 156 ünvanında yertləşən villasının yerdən və peykdən çəkilmiş görüntüləri çıxmışdı. Başında kümbəz, qırmızı örtüklü möhtəşəm saray və onun qarşı tərəfində, yeni tikilməkdə olan ikinci villa N.Səfərova məxsus idi. Çox böyük ehtimalla, ikinci villanı N.Səfərov övladına tikdirirdi.
Bu iki villanın yerləşdiyi ərazi, təxminən 1 hektar sahəni əhatə edir! Bilisinizmi, əgər son 7-8 ildə alınıbsa, təkcə bu torpağın bazar qiyməti nə qədər edir? AZI 8-10 MİLYON DOLLAR!
Məhz bu səbəbə görə onun yeriinə polis polkovniki Rəşid Piriyev təyin edildi. Rəşid Priyev həm də Qarabağ döyüşlərinin iştirakçısı olub.
Gundelik-baku.com bildirir ki, Nuşirəvan Səfərli getsə də onun kadrları hələ də qanunsuz əməllərlə məşğuldur.
Fotoda gördüyünüz polis baş serjantı Sənan İsmayılovdur. Yasamalda süqrücülər onun əlindən təngə gəlib. “Qərarsız” deyilən protokolu “!qərarlı” edie və sürücülərdən 10-30 manat arası pul yığır.
Tibbi maskanı isə yalnız çoxsaylı iradlardan sonra istifadə etdi. Deyilənə görə idarədəki havadarına o qədər arxayındır ki, Qarabağ veteranlarını təhqir etməkdən çəkinmir.
Özü də bilir ki, yeni rəisi Rəşid Piriyev də qazidir.





скачать dle 12.1