BakiSesi.com

Azərbaycan ABŞ üçün önəmli partnyordur - VİDEO

Tarix:16-05-2020, 12:44 | Oxunub: 628
Azərbaycan ABŞ üçün önəmli partnyordur - VİDEO
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın məktubu Azərbaycanın suverenliyi və müstəqilliyinin güclü şəkildə dəstəkləndiyi ifadəsi ilə başlayır. Məktubda ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına da güclü dəstək ifadə olunur. Millət vəkili Rasim Musabəyov deyir ki, Azərbaycan-ABŞ əlaqələri uzun illərdir bütün sahələrdə davam edir. Donald Tramp da beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfələrini yüksək dəyərləndirir. Bu sahələr üzrə iki ölkə arasında 30 illik əməkdaşlığı xüsusi qeyd edir.


Rasim Musabəyov bildirir ki, Azərbaycanın beynəlxalq təhlükəslizliyin möhkəmlənməsinə verdiyi töhfələr, ölkəmizin liderliyi ilə həyata keçirilən enerji layihələri regionun və Avropanın təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bu səbəbdən də ABŞ Azərbaycanı ən önəmli partnyorlarından biri kimi görür.


Donald Tramp məktubunun sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi danışıqlara dəstəyini davam etdirəcəyini vurğulayıb. Prezident İlham Əliyevin beynəlxalq səviyyədə koronavirusla mübarizəyə mühüm töhfələri, ölkəmizin təcrübəsi, irəli sürdüyü təşəbbüslər beynəlxalq aləmdə dəstəklənib və ölkədə görülən işlər hər kəs tərəfindən yüksək qiymətləndirilib. Donald Tramp da COVİD-19 pandemiyası mövzusuna da toxunaraq, ABŞ-ın Azərbaycan xalqının yanında olduğunu qeyd edib.

© xezerxeber.azскачать dle 12.1