BakiSesi.com

Mehdiabad yolunda tıxaclar-polislər haraya baxırlar?

Tarix:8-06-2020, 17:38 | Oxunub: 557
Mehdiabad yolunda tıxaclar-polislər haraya baxırlar?
Barəsində çox yazılıb, çox danışılıb. Amma demək olar, hər gün hamının qarşılaşdığı və əziyyətini çəkdiyi tıxaclar açılmır ki, açılmır, necə deyərlər, sanki sehrə düşüb. Səbəb nədir, günah kimdədir? Axı, bəlkə də indi dünyada Bakı kimi şəhər az tapılar ki, yol infrastrukturu sürətlə yeniləşsin, təzə, müasir tunellər, ötürücülər, körpülər inşa edilsin. Elə isə tıxacların azalmasını demirik, artmasının qarşısını almaq niyə mümkün olmur? Bəlkə səbəb ölkədə, xüsusən paytaxtda avtomobillərin sayının artım tempinin sözügedən problemi həll etmək üçün həyata keçirilən tədbirlərin sürətini üstələməsidir? Yaxud bəlkə sürücülük mədəniyyətimiz aşağıdır, yol hərəkəti qaydalarına həmişə əməl etmirik? Sözsüz ki, tıxacların yaranmasında bu amillərin payı yox deyil. Amma əsas səbəblər başqadır.

Son illər Azərbaycanda, o cümlədən paytaxtda və Bakıətrafı ərazilərdə yolların müasir standartlara uyğun yenidən qurulması, təzə şoselərin salınması danılmaz faktdır. O da məlumdur ki, bu sıradan olan bütün tədbirlər ilk növbədə əhalinin rahatlığına xidmət edir. İnsafən deyək ki, bu gün biz istiqamətindən və yaxın-uzaqlığından asılı olmayaraq bütün ünvanlara 10-15 il əvvəlkindən daha tez və daha rahat yetişirik. İndi ölkə daxilində, o cümlədən şəhərlərdə və digər iri yaşayış məntəqələrində çala-çuxurlu, tozlu-palçıqlı yol tapmaq çətindir. Əgər haradasa qalıbsa, o, ya təmir olunur, ya da təmir ərəfəsindədir.
ANCAQ TIXAC PROBLEMİ BİTMİR.  Biz hələ bəzən təmir işlərinin lüzumsuz aparılmasını və onun da günlərlə yox, aylarla uzanmasını demirik. Bu zaman DYP-nin olmayan alternativ yollardan istifadə etmək təklifi də kara gəlmir. 
Gundelik-baku.com əməkdaşının çəkdiyi videonu diqqətinizə çatdırırıq. Yolda bir dənə DYP işçisi yoxdur. Tıxac öz-özünə aradan qalxası deyil. Kim məsuliyyət daşıyır? 




PaylaşPaylaşPaylaşPaylaşŞƏRH YAZскачать dle 12.1