BakiSesi.com

Rayona getmək istəyən sürücü maşını YPX əməkdaşının üstünə sürüb qaçdı — Video

Tarix:21-06-2020, 22:59 | Oxunub: 593
Rayona getmək istəyən sürücü maşını YPX əməkdaşının üstünə sürüb qaçdı — Video
Ötən gün Quba istiqamətində yerləşən karantin postunda gərgin anlar yaşanıb...
Bakisesi.com avtosfer.az saytına istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Əli Hüseynov idarə etdiyi “Chevrolet” markalı, 99 KE 822 dövlət nömrə nişanlı avtomobillə karantin postundan geriyə qaytarılıb.
Lakin sürücü anidən avtomobili ərizidə xidmət aparan yol polis inspektoru Elvin Xankişiyevin üzərinə sürüb və maşında əyələşən valideynlərinin həyatını təhlükəyə ataraq yüksək sürətlə ərazidən uzaqlaşıb. Dərhal yol polisi və Post-patrul xidmətinin əməkdaşları qaçan şəxsin axtarışına başlayırlar. Sürücü Hüseynov Əli Xaləddin oğlu az sonra yaxalanıb.
O, İnzibati Xətalar Məcəlləsinin 332.3, yəni nəqliyyat vasitəsinin idarəetmə hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunub.
Əli Hüseynov ifadəsində deyib ki, iyunun 20-də Quba istamətində gedərkən polis əməkdaşları onu saxlayıblar. O polisin tələbinə tabe olmayıb və bu əməlinə görə peşimandır. Ə.Hüseynov etdiyi hərəkətə görə polisdən üzr istəyib.скачать dle 12.1