BakiSesi.com

“Sovetski” sakinləri aksiya keçirdi: “Bəsdirin pulumuzu oğurladız” - Video

Tarix:11-08-2020, 15:45 | Oxunub: 1 754
“Sovetski” sakinləri aksiya keçirdi: “Bəsdirin pulumuzu oğurladız” - Video
Keşmiş “Sovetski” küçəsinin bir qrup sakini avqustun 11-də evlərinin olduğu yerdə etiraz aksiyaslı keçirməyə çalışıblar. AzToday.az xəbər verir ki, onlar 2018-ci ilin dekabrında köçürülərkən ödənilən təzminatın ədalətsiz olmasından şikayət ediblər.
“Bizi 2018-ci ildə buradan köçürüblər, bu zaman bizim evlərimizin sahəsini azaldıblar. Mənim evimin 100 kv. m. sahəsi var idi, 3,5 sot da həyəti var idi, amma mənə cəmi 94 min manat ödəyiblər.
Evin və torpağın real dəyəri 1 mln. manat təşkil edirdi”, deyə Kəmalə Abdullayeva bildirib.
Sonradan hakimiyyət onlara hər kvadrat metr üçün 500 manat ölçüsündə əlavə ödəniş etməyə söz verdi, amma cəmi 180-250 manat ödənildi. “Bu zaman 15 000 manata yaxın vəsaiti ala bilmədik”, deyə o bildirib.
İnsanlar kirayə evlərdə qalmaq məcburiyyətində qalıblar, amma bunun üçün onlara pul verilməyib. Ümumiyyətlə pulu birdən deyil, hissə-hissə veriblər, deyə aksiya iştirakçıları bildiriblər.
Hadisə yerinə gələn polis qüvvələri toplaşanlardan dağılmağı tələb ediblər. Aksiya insidentsiz başa çatıb.

скачать dle 12.1