İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi 2025-ci il 1 yanvar tarixinə qədər təxirə salınır.
Bu, Milli Məclisin dekabrın 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
İcbari tibbi sığortada müştərək maliyyələşmə 2024-cü il yanvarın 1-dən tətbiq edilməli idi.
Qeyd edək ki, qanuna əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
Əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə layihədə qanunun qeyd olunan müvafiq maddəsinin tətbiqinin 2025-ci il 1 yanvar tarixinə kimi təxirə salınması nəzərdə tutulur./APA
İcbari tibbi sığorta ilə bağlı əhaliyə ŞAD XƏBƏR
02
dekabr
14:30

Qarabağ
KOMMENTLƏR
İşsiz şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcək
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi təxirə salındı
Bu məsələ daha bir il müddətinə təxirə salınır
İcbari Tibbi Sığorta üzrə büdcəyə 112 milyon manat yığılıb
Prezident qanunu təsdiqlədi: Yanvarın 1-dən...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat