Bakıda yaşayış yerinin qanunsuz tərk edən aktiv iki nəfər COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb.
Bakısəsi DİN-ə istinadən xəbər verir ki, ev şəraitində müalicə alan koronavirus xəstəsi Lerik rayon sakini, faktiki olaraq Binə qəsəbəsində yaşayan Simran Əliyev saxlanılıb. O, saxlanılan zaman deyib ki, insanların sıx olduğu yerlərə getməyib: "Evdə ürəyim sıxılırdı, maşını götürüb biraz fırlandım".
Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Tibbi prosedurlar gözlənilməklə S.Əliyev yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Daha bir COVİD-19 xəstəsi isə Yasamal rayonunda saxlanılıb. 1977-ci il təvəllüdlü Rüfət Rəhimbəyli koronavirus testi pozitiv çıxdıqdan sonra dəfələrlə küçəyə çıxaraq gəzmiş və növbəti dəfə saxlanılaraq şöbəyə aparılıb.
“Evdə ürəyim sıxılırdı, dedim biraz fırlanım” - COVİD-19 xəstəsi
24
noyabr
13:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat