Bu gün Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin məhkəmədə iştrak etmədiyi bildirilib. Bu səbəbdən prosesin növbəti dəfə təxirə salınmasına qərar verilib.
Qeyd olunub ki, zərərçəkmişlər əvvəlki iclaslarda da iştrak etmədikləri üçün Bakı Hərbi Məhkəməsi sentyabrın 6-da onların məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıb. Lakin qərar icra olunmayıb. Bu səbəbdən bu gün keçirilən
prosesdə məhkəmə daxili işlər naziri Vilayət Eyvazova müraciət etmək barədə qərar qəbul edib.
Müraciətdə qeyd olunub kİ, məhkəmənin qərarına əsasən, Ağdam, Gəncə, Bərdə, Goranboy, Yevlax, Astara, Mingəçevir, Bakı şəhərinin Qaradağ və Nəsimi rayonları, Sabirabad, Şəki, Qəbələ rayonları üzrə Polis şöbə və idarələri zərərçəkmişlərin məhkəməyə məcburi gətirilməsini təmin etməlidirlər.
Bu icra olunmadığından Bakı Hərbi Məhkəməsi məhkəmə iclaslarının lüzumsuz şəkildə uzadılmasının qarşısını almaq məqsədi ilə daxili işlər naziri Vilayət Eyvazova məhkəmə qərarlarının icrasını nəzarətə götürülməsi barədə müraciət ünvanlayıb.
Bakı Hərbi Məhkəməsi “Tərtər işi” ilə bağlı daxili işlər nazirinə müraciət edib
26
dekabr
13:33

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər