"Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir".
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın "Le Monde" qəzetinə müsahibəsində deyib.
Diplomat qeyd edib ki, ikitərəfli münasibətlərdə müşahidə olunan gərginləşmənin səbəbi Fransanın Ermənistan-Azərbaycan qarşıdurması məsələsində tutduğu qərəzli ermənipərəst mövqedir: "Artıq uzun müddətdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi və son zamanlar hərbi dəstək verən Fransa öz zərərli addımları ilə Bakı ilə İrəvan arasında sülhün əldə olunması perspektivlərini sarsıdır.
BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı (Aİ) və onun qurumları kimi müxtəlif beynəlxalq platformalarda açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini irəli sürmək cəhdləri təkcə Fransanın mümkün vasitəçi kimi onsuz da şübhəli olan nüfuzunu tamamilə sarsıtmayıb, həm də Bakının Fransanın aparıcı ölkələrdən biri olduğu Aİ-yə inamına ciddi zərbə vurub".
E.Əmirbəyovun sözlərinə görə, Parisin İrəvana ölümcül silahlar tədarükü Cənubi Qafqaz regionunda təhlükəsizliyi, sabitliyi pozur, onu yeni hərbi münaqişələrə, mənasız silahlanma yarışına sövq edir və Ermənistanla Azərbaycan arasında sülhə nail olunması perspektivlərini süni surətdə ləngidir: "Aydındır ki, Fransa tarixi ədaləti bərpa edən, Qarabağ və onun digər rayonlarını Ermənistanın 30 illik işğalından azad edən Azərbaycanın qələbəsini həzm edə bilmir".
"Bu, Bakının Aİ-yə inamına ciddi zərbə vurub" - Elçin Əmirbəyov
29
dekabr
11:26

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu