Casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Azərbaycanda həbs olunub.
Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AFP-yə açıqlmasında deyib.
“Casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı Martin Rayan 2023-cü il dekabrın 4-də həbs edilib", - Azərbaycan səfiri Leyla Abdullayeva bildirib.
Diplomatın sözlərinə görə, məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan səfiri qeyd edib ki, Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb.
Martin Rayanın atası Riçard isə AFP-yə bildirib ki, ailə artıq onunla danışıb: “Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”.
Qeyd edək ki, Azərbaycan Fransanın iki diplomatını "persona non grata" elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb.
Leyla Abdullayeva: Fransa vətəndaşı Martin Rayan Azərbaycanda casusluq ittihamı ilə həbs edilib
09
yanvar
14:54

Qarabağ
KOMMENTLƏR
Nazir: "Arzuolunmaz şəxs" elan edilən fransalı diplomatlarla bağlı Azərbaycan dövlət orqanlarında ciddi faktlar var
Leyla Abdullayeva etimadnaməsini Fransa Prezidentinə təqdim etdi
İranda casusluqda ittiham olunan Belçika vətəndaşı şallaqlanacaq
Leyla Abdullayeva Fransa deputatlarına çağırış etdi
Leyla Abdullayeva səfir TƏYİN EDİLDİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat