Havalar soyuduqca viruslar da hər il olduğu kimi hərəkətə keçməyə başlayıb. Qardaş Türkiyə və Avropa ölkələrində H1N1 (donuz qripi), Covid-19-un variantı olan JN1 (Juno) və respirator viruslara yoluxanların sayında artım mşüahidə olunur. 
Soyuq hava ilə artan yuxarı tənəffüs yolu infeksiyalarına hər yaşda insanlarda rast gəlinir.
Avropada da təsirli olan kokteyl virusları Türkiyədə təcili və reanimasiyaya müraciətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Türkiyə və Avropadan olan müətəxəssisilər hesab edir ki, koronavirus və qrip kimi yoluxucu infeksiyalardan əziyyət çəkən insanların mütləq ev şəraitində olmalı və çölə çıxarkən isə maskadan istifadə etməlidirlər. Bu açıqlama əslində maska tələbinin yenidən gündəmə gəlməsi ilə nəticələnib. 
Mövcud durumun ölkəmizdə də təkralama və maska qadağasının tətbiqinin müzakirəyə çıxarılma ehtimalı ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Tanınmış professor bildirdi ki, respiretor xəstəliklərdən müdafiə üçün karantin və şəxsi gigiyena qaydaları mövcuddur. Ölkə olaraq bunu koronavirus pademiyası zamanı öyrənmişikk:
"Karantin qaydalarına əməl etmək zərurəti yenə yaranıb. Yaxşı olardı ki, maskadan istifadə olunsun və əllərin dezinfeksiyasına diqqət yetirilsin. Eyni zamanda kütləvi tədbirlərə də mümkün qədər az gedilməlidir. Bu qaydalara riayət olunsa, Azərbaycanda kütləvi şəkildə virusun yayılma riski olmaz və əlavə tədbir görməyə ehtiyac da qalmaz. 
Avropada Omikron ştamının ayrı-ayrı mutasiyaya uğramış variantlarının yayılmasını eşidirik. Eyni zamanda qızılcanın yayılması da Qərb ölkələrində müşahidə olunur. Bunlar epidemioloji vəziyyətdir və Azərbaycanda bu durum var. Biz bununla bağlı lazımi tədbirləri həyata keçiririk. 
скачать dle 12.1