Razi bildirib ki, Nicatla 16 yaşında tanış olub:
“16 yaşımızda Riyaziyyat fənni üzrə hazırlıqda tanış olmuşuq, məni ilk baxışdan sevib”.
O, “Necə oldu ki, sizi illərdir sevən adama “hə” demək qərarına gəldiniz sualına isə belə cavab verib:
“Ağlım başıma gəldi. Uşaqlıqda çox şeyi dərk etmirdim, ciddiyə almırdım. Amma zaman mənə çox şeyi öyrətdi və göstərdi. Qismət bu günə imiş...”.

Model “Yoldaşınızdan çox rəfiqələrinizlə çox vaxt keçirirsiniz elə bil, yoxsa, bizə elə gəlir” sualını belə cavablandırıb:
“Əgər normal insanlar ailə qurandan sonra bir-birinə super yapışqanla yapışıb, 24/7 bir yerdə olub, özlərini kameraya çəkirsə, deməli, biz anormal insanlarıq. Mənim yoldaşım model, aktyor, bloger deyil, heç normal instaqram səhifəsi də yoxdur. Elə şeyləri xoşlamır. Millət yazıqdan nə istəyir, başa düşə bilmirəm. Hoppanıb düşməli idi? 10-cu dəfə ailə qurmur ki... Əgər mən də öz xassiyyətimlə həyəcanlı idimsə, təsəvvür edin, o, necə idi...”.

“Uşaq da düşünürük, amma imkan verin toyu edək, sonra...”


“Bir ara yaşadım, bu mövzu haqqında onunla çox danışmışıq. Amma qərara gəldik ki, hər şeyin bir zamanı var. Təbii ki, onunla uşaqlıqdan birlikdə olsaydım, yaşadıqlarımı yaşamazdım. Bəlkə də 18 yaşımızda evlənsəydik, evliliyimiz uğurlu olmazdı, qədrini bilməzdik, mübahisələrin öhdəsindən gələ bilməzdik. Köhnə uşaqlıq yazışmalarımızın hamısını saxlayıb. Mənə göstərəndə gülməkdən ölürəm. Yəni, o ağılla hansı evlilikdən danışmaq olardı?”.





