Tərtərin Hüsənli kəndində aşkarlanan naməlum heyvan skeletinə baxış keçirilib.
Bu barədə Tərtər Baytarlıq İdarəsinin rəisi Murad Cəfərov bildirib.
Onun sözlərinə görə, aşkar edilən skeletin uzunluğu 70 santımetrdir: "Skeletin iki arxa ayağı, 13 cüt qabırğası, 8 boyun, 12 bel, 14 quyruq fəqərəsi var. Kəllə sümüyündə göz çuxurları çox böyükdür. Üst çənəsində 14, alt çənəsində 12 dişi var. Köpək dişlərinin digər dişlərə nisbətən yaxşı inkişaf etməsi onun yırtıcı olduğunu göstərir. Aşkar edilən skeletin ön ayaqları olmayıb".
Qeyd edək ki, ön ayaqlarının olmaması skeletin hansı heyvana məxsus olmasını müəyyən etməkdə çətinlik yaradır.
11:31
Tərtər rayonunda naməlum heyvan skeleti aşkarlanıb.
Rayonun Hüsənli kənd sakini Qasımov Rafiq Əli oğlu evində təmir işləri apararkən köhnəlmiş döşəmənin altından skelet aşkar edib.
Kənd sakini "Report"un yerli bürosuna bildirib ki, skeletdə əsas diqqətçəkən məqam onun ön ayaqlarının olmamasıdır. Bu da tapılan skeletin hansı heyvana məxsus olmasını müəyyən etməkdə çətinlik yaradır.
Skeletdə ön kəsici dişlərin olması heyvanın yırtıcı olduğunu deməyə əsas verir.

скачать dle 12.1