Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Teleqraf xəbər verir ki, təbrikdə deyilir:
"Cənab Prezident, Əziz Qardaşım.
Təbiətin yenidən canlandığı, torpağın oyandığı və ümidlərin çiçəkləndiyi Novruz bayramı münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Çoxəsrlik qədim ənənəmiz olan Novruz bu il də sülhün, qardaşlığın, həmrəyliyin əhəmiyyətini xatırlamağımıza vəsilə olur. Ümid edirəm ki, Novruz dünya sülhü ilə bağlı ümidlərin bəsləndiyi, beynəlxalq dialoq və əməkdaşlığın yeni səviyyələrə çatdığı bir dövrün müjdəçisi olacaq. Ölkələrimiz arasında dərin köklərə malik dostluq və qardaşlıq tellərinin möhkəmlənməsi, əməkdaşlığımızın daha da güclənməsi bu Novruz bayramında da səmimi arzumuzdur.
Bu mənalı gün münasibətilə Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, rifah və firavanlıq dolu gələcək arzulayıram".
Ərdoğan Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik etdi
21
mart
15:39

Qarabağ
KOMMENTLƏR
- Şuşada içib şəhidləri söydüyü deyilən Qafqazinfo saytının baş redaktoru Elbrus Ərudun bacısına 7 il həbs cəzası verilib- ELBRUS ƏRUDUN BACISI SOCARA VİTSE-PREZİDENT QOYDURURMUŞ
- İmamoğlunun həbsinin iqtisadiyyata vurduğu ziyan açıqlandı
- "Bu hesablamalar Azərbaycana və Ermənistana da təsir edir" - Trampın xüsusi nümayəndəsi
- "Bir gəlin bir nəsli bədbəxt edir" - Mətanət İsgəndərli
- Bakıda gələn aydan böyük söküntü başlayır
- "Newsweek": Trampın NATO-nu zəiflətmək üçün alyansdan çıxmasına ehtiyac yoxdur
- Putinin böyük planı açıqlandı
- Əkrəm İmamoğlu ikinci dəfə ifadə verir
- Bu gün üçüncü Qədr gecəsidir
- Komissiya sədri: “Zelenskiyə təminat verilib, onun yerinə bu şəxs keçə bilər”