Məhkəmə Qafqazinfo saytının rəhbəri Elbrus Ərudun bacısı Aidə Seyfullayeva barəsində hökm verib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə A.Seyfullayevanı 7 il müddətinə azadlıqdan məhrum edib.
A.Seyfullayeva Cinayət Məcəlləsinin külli miqdarda olmaqla dələduzluq etməkdə təqsirlədirilib. O, “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin rəisi Qoçəli Mahmudovun oğlu Tosifi Socar-da yüksək vəzifəyə (vitse-prezident) düzəltmək üçün 150000 manat tələb edib. Həmin məbləğin 89.200 manatını alıb, qalan məbləği isə işə təsdiqlənəndən sonra ödənəcəyinə inandırıb.
A.Seyfullayevanın barəsində başqa bir cinayət işi Xətai Rayon Məhkəməsinin hakimi Rafayıl Sadıqovun icraatında aparılıb. Şikayətçilər Qasimov Nüsrət Ədalət oğlu (4,500 manat), Baxşəliyev Xalid Dilavər oğlu (7,500 manat) və Quluyev Natiq Tarıyel oğludur (10,000 manat)
Maraqlı məqam odur ki, həbs olunana qədər A.Seyfullayeva 13 dəfə axtarışa verilsə də, qeyri-müəyyən səbəbdən qərar icra olunmayıb.
Aidə Seyfullayeva 01.10.2023 tarixində həbs olunub.
Xatırladaq ki, A.Seyfullayeva 2018-ci ildə də dələduzluq əməlinə görə mühakimə olunub.
Onu da əlavə edək ki, dələduzluqda təqsirləndirilən Aytən Seyfullayevanın qardaşı 1xeberin yazdığına görə Elbrus Seyfullayev(Ərud) Şuşada içki içib şəhidləri söyməyi ilə gündəmə gəlmişdi və içtimaiyyət tərəfindən ciddi şəkildə qınanmışdı./365fakt