“Hazırda koronavirusla bağlı epidemik durum kritikdir”.
Bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə deyib.
O bildirib ki, gündəlik yoluxmanın 4000 üzərində olması yüksək göstəricidir: “Tədbirlər görülməsə, bu göstərici gündəlik 5000-dən çox olacaq. Yoluxmanın əsas səbəbi əhalinin profilaktik tədbirlərə tam riayət etməməsi, maskalardan və dezinfeksiyaedici vasitələrdən istifadə olunmaması, eyni zamanda havaların soyuması ilə əlaqədar virusun virulentlik və patogenliyinin artması nəticəsində daha çox yayılmasıdır. Havalar soyuduqca insanlar qapalı məkanlara daha çox üz tutur. Qapalı məkanlar da virusun daha tez yayılmasına gətirib çıxarır”.
İnfeksionist vurğulayıb ki, hazırda xəstəlik iyun-iyul aylarına nisbətən yüngül keçir: “Yay aylarında ağır, stasionar müalicəyə ehtiyacı olan xəstələrin sayı daha çox idi. Amma indi yoluxma halı çox olsa da, ağır xəstələrin sayı yaya nisbətən azdır. Bunu klinik olaraq gündəlik xəstələr arasında görürük.
Hazırda xəstəlik əvvəlki aylarda olan simptomlarla özünü biruzə verir. Fərqli bir xüsusiyyət yoxdur. Xəstələrdə, əsasən, hərarətin olması, quru öskürək, iy və dadbilmə qabiliyyətinin itməsi, bəzi xəstələrdə ishalın olması - bu kimi əlamətlər daha çox özünü göstərir. Yəni bu əlamətləri daha çox müşahidə edirik”.
V. Cavadzadə qeyd edib ki, koronavirusun ürəkdə müəyyən problemlər yaratması ilə bağlı fikirlər doğrudur: “Koronaviruslu xəstələrlə işlədiyim müddətdə xüsusən yaşlı insanlarda ürəkdə problemləri şəxsən müşahidə etmişəm. Bu xəstələrdə daha çox perikardit əlamətləri olub, bu, perikard boşluğunda mayenin miqdarının artmasıdır. Bundan başqa ikincili intoksikasiya fonunda yarana bilən və ya ağciyər fəaliyyətinin pozulması nəticəsində olan problemləri müşahidə edirik”.
İnfeksionistin sözlərinə görə, hazırda gündəlik 4000 yoluxma ancaq test aparılanlarda üzə çıxan rəqəmdir: “Lakin evdə olan, test olunmayan xəstələr də var. Demək olar ki, yoluxma daha çoxdur. Fikrimcə, yoluxmanın qarşısını almaq üçün 2-3 həftəlik sərt karantin rejiminə keçmək lazımdır. Hesab edirəm ki, yoluxmalar daha çox ictimai nəqliyyatda olur. Nəqliyyatda insanların sayı həddən artıq çoxdur. Bu da yoluxmanın sürətlə yayılmasına səbəb olur. Sərt karantinə getmək lazımdır ki, xəstəliyin sayı daha da artmasın”. (APA)
“Sərt karantinə getmək lazımdır ki...” - İnfeksionist
30
noyabr
16:35

Qarabağ
KOMMENTLƏR
SMS icazə sistemi aktivləşdiriləcəkmi? - AÇIQLAMA
Gündəlik yoluxma sayı 4 mini ötəcək - İnfeksionistdən HƏYƏCAN TƏBİLİ
“Bizi daha hansı sürprizlərin gözlədiyindən xəbərsizik” - İnfeksionist
Karantin qaydaları yenə sərtləşəcək? - Baş infeksionistdən cavab
“Yenidən sərtləşdirməyə getməyəcəyik” - Baş infeksionist
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat