"Azərbaycanda koronavirusdan sağalan xəstələrin sayı yoluxanlardan çoxdur. Virusun yayılması ilə bağlı hələlik təhlükəli hal müşahidə edilmir".
Bunu açıqlamasında baş infeksionist Cəlal İsayev deyib. Onun sözlərinə görə, gündəlik yoluxma sayında təxminən 30-40 nəfər arasında artım və ya azalma ola bilər. Epidemiyanın gedişatında belə halların olması təbii haldır.
"Sağalan xəstələr yoluxanlardan çoxdur. Bu, stabilliyi göstərir. Gələcəkdə vəziyyətə baxıb qiymətləndirəcəyik. Hələlik təhlükəli hal yoxdur. Buna baxmayaraq, biz vətəndaşları diqqətli olmağa çağırırıq".
C. İsayev bildirib ki, yaxın zamanlarda yenidən sərtləşdirmə tədbirləri nəzərdə tutulmayıb.
"Yoluxmanın artacağına və vəziyyətin yenidən sərtləşdirmə tədbirlərinə aparacağına inanmıram. İnsanlar maskadan istifadə edir, məsafəni gözləyir, təmizlik qaydalarına əməl edirlər. Başa düşürlər ki, ciddi yanaşmaq lazımdır, xəstəliklə zarafat etmək olmaz. Sərtləşdirməyə getməyəcəyik. ÜST payız fəslində ola biləcək artımlar zamanı karantin tədbirləri həyata keçirməyi tövsiyə etmir".(Azvision)
“Yenidən sərtləşdirməyə getməyəcəyik” - Baş infeksionist
19
avqust
18:01

Qarabağ
KOMMENTLƏR
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
Toyların keçirilməsinə icazə veriləcək? - Açıqlama
Bu əlamətlər yaranarsa, koronavirusa görə yoxlanmaq vacibdir - Baş infeksionistdən XƏBƏRDARLIQ
“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq” - Baş infeksionist
Bərbərxanalar və gözəllik salonları bu tarixdən fəaliyyətini BƏRPA EDƏ BİLƏR — AÇIQLAMA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat