"Son günlər dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusa yoluxanların sayında ciddi artım var. Buna havaların soyuması və həm də bununla bağlı insanların daha çox qapalı məkanlarda olmasının təsiri böyükdür".
Bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirib.
O qeyd edib ki, koronavirus və digər infeksiyalarda xəstələnmədən qorunmanın əsas yollarından biri məhz yoluxmadan qorunmadır:
"Bu məqsədlə, hər kəs həmrəy olaraq karantin qaydalarına ciddi əməl etməli, qoruyucu maskadan düzgün istifadə etməli, ciddi ehtiyac olmadığı halda evdən çıxmamalı və qapalı, insanların sıx toplaşdığı yerlərdən kənar olmağa çalışmalıdır. Amma yaddan çıxarmamalıyıq ki, tənəffüs infeksiyalarına yoluxmaqdan qorunmaq sözlə ifadə edildiyi qədər asan deyil və bu infeksiyalara yoluxanların hamısı xəstələnmir və ya xəstələnənlərin hamısında xəstəliyin gedişi və ağırlığı eyni olmur. Burada orqanizmin fərdi xüsusiyyətlərinin (genetik, yaş, yanaşı xəstəlik və s.) rolu böyükdür".
Həkim söyləyib ki, karantin qaydalarına əməl edərək koronavirusa yoluxmadan qorunmaqla yanaşı, orqanizmin bu infeksiyaya qarşı mübarizə qabiliyyətinin də normal saxlanılması vacibdir:
"Bu məqsədlə normal gün rejimi (normal yuxu, istirahət), kəmiyyət və keyfiyyətcə normal qidalanma ( xüsusilə, Vitamin C və zülallarla zəngin qidalar - meyvə-tərəvəz, ət, balıq və s.), soyuqlamadan və stresdən qorunmaq lazımdır. Əgər hərarətin yüksəlməsi, kürəkdə ağrı, iybilmə-dadbilmə hissinin pozulması, halsızlıq, tərləmə, təngnəfəslik, öskürək və s. olarsa koronavirusa görə müayinədən keçmək lazımdır. Hər kəs unutmamalıdır ki, xəstəlik nə qədər erkən aşkar olunaraq ona qarşı doğru müalicə aparılarsa, effektivliyi bir o qədər yüksək olar".
“Xəstələnmədən qorunmanın əsas yollarından biri məhz...” - Mütəxəssis rəyi
30
noyabr
22:53

Qarabağ
KOMMENTLƏR
“Qaydalara ciddi əməl etmək daha vacibdir, nəinki sistem köçürmək” - Kafedra müdiri
Həkimdən COVİD-19 məsləhəti: - Öpüşməyin və eynəkdən istifadə edin!
“Bizi daha hansı sürprizlərin gözlədiyindən xəbərsizik” - İnfeksionist
“Buzlu şüşə” ilə bağlı daha bir açıqlama
Yazgül Abdiyeva: Koronavirus haqqında yanlış məlumatlar yayan insanlarla bağlı lazımi qaydada ölçü götürülməlidir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat