Xəbər verdiyimiz kimi noyabrın 29-da 4170 nəfər koronavirusa yoluxub, 38-i isə vəfat edib.Yoluxma sayının kəskin artmasının yenidən sərtləşməyə səbəb olacağı ilə bağlı fikirlər səsləndirilir. Əgər karantin rejimi yenidən sərtləşərsə 190 manat birdəfəlik müavinət verilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Məmmədli bildirib ki, son günlərin statistikası heç də ürəkaçan deyil:
"Təəssüf protokolla təsdiqlənmiş müalicə metodaları heç də çox zaman effektiv deyil. Əgər proses bu formadan davam edərsə və səhiyyənin üzərinə düşən yük artsa karantin rejiminin sərtləşdirilməsi gündəmdədir. Bunu müvafiq dövlət orqanları və Operativ Qərargah hər zaman bəyan edir. Karantin rejimi sərtləşərsə, 190 manatın verilib-verilməməsi barədə konkret bir söz deyə bilmərəm. Bu müvafiq iqtisadi qurumların veriləcəyi qərarla bağlı məsələdir. Təbii ki, dövlət orqanları vəziyyəti analiz edərək "Azərbaycan hər zaman sosial dövlətdir" modelini uğurla davam etdirir. Düşünürəm ki, müvafiq dövlət orqanları hansı qərarı verərsə, o istiqamətdə də addımlar atılacaq".
Deputat qeyd edib ki, yoluxmada yaş məhdudiyyəti yoxdur:
"Hər kəs risk altındadır. Amma uşaqlarda yoluxma riski aşağıdır. Əlimizdə olan məlum məlumatlar onu göstərir ki, yaşla bölgü aparmaq doğru deyil. Sadəcə 65 yaşdan yuxarı insanların orqanizmlərində ağırlaşmaların ehtimalı var. Ona görə də, bu yaşda olan insanlar risk qrupuna daxildir. Bilirsiniz ki, yaşla əlaqəli olaraq xroniki xəstəliklərin sayı artır. Amma yoluxmada biz deyə bilmərik ki, 65 yaşdan yuxarı insanlar tez yoluxur, digərləri isə yox".
190 manat yenidən verilə bilər? - AÇIQLAMA
30
noyabr
18:07

Qarabağ
KOMMENTLƏR
Sərt katantin arzuolunmazdır, lakin yoluxma kəskin artarsa... - Deputat
“Bu həftədən “SMS icazə” sisteminə keçirilə bilər” - AÇIQLAMA
Gələn həftə rayonlara gediş-gəliş bərpa edilə bilər - AÇIQLAMA
Əhalinin nəzərinə! Karantin rejimi vaxtından tez bitə bilər — AÇIQLAMA
Bu tarixdən etibarən karantin rejim yenidən sərtləşdirilə bilər — XƏBƏRDARLIQ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat