“Əgər koronavirusdan qorunmaq üçün maska taxılırsa, bu, düzgün formada taxılmalıdır. Maska tənəffüs yollarını tamamilə bağlamalıdır. İnsanlar arasında məsafə saxlanmasına fikir verməliyik. Əllərin gigiyenası, tez-tez sabunla yuyulması bu virusu əlimizdən apara bilər. Hökmən dezinfeksiyaedici məhlulun istifadəsinə ehtiyac yoxdur”.
Bunu Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov bugünkü brifinqdə deyib.
O qeyd edib ki, yoluxma saylarında əsas artım faktoru ailədaxili yoluxma ilə bağlıdır. Bir nəfər yoluxaraq bütün ailə üzvlərini yoluxdura bilir.
A.Qurbanov bildirib ki, koronavirusa yoluxan şəxs həkim nəzarəti ilə evdə müalicə alıb sağala bilər. Bir şərtlə ki, ətrafdakıları qorusun və tam özünütəcrid rejiminə əməl etsin: “Bir çox insan hələ də bu xəstəliklə bağlı tam məlumatlı deyil. Bir şəxs soyuqlama halı hiss edirsə, dərhal xəstəxanaya müraciət edir, ağciyərlərini KT etmək istəyir. Ciyərlərində heç nə çıxamayanda isə arxayınlaşır. Lakin insanlarda lazımi qədər informasiya olsaydı, bilərdi ki, ciyərlərdə pnevmoniya əlaməti xəstəlik ağırlaşanda ortaya çıxır. Bəzən insanlar, bəzən də həkimlər xəstəyə belə düzgün olmayan istiqamət verirlər. Hər kəs bilməlidir ki, COVİD-in diaqnozunda KT yardımçıdır, PSR test əsas müəyyənedicidir”.
Həkim vurğulayıb ki, virus aşkarlanan şəxs özünü təcrid etməli, işə bu barədə məlumat verməli və evdə də özünütəcrid rejiminə keçməlidir: “Hər kəs soyuqlama əlaməti hiss edərsə sanki “məndə COVİD var” kimi fikirləşməlidir. Onda həkimə müraciət edib diaqnozu dəqiqləşdirmək olar. Bəzən xəstəliyin bütün əlamətləri göz qabağında olur, lakin PSR analizi mənfi gəlir. Bu halda da özünü təcrid rejiminə riayət etməliyik. Lazım olmadığı halda ictimai nəqliyyatdan istifadə olunmasın, mümkün qədər evdə qalaq. Görüşəndə daha sıx münasibətləri - əllə görüşməyi, qucaqlaşmanı tərgitmək lazımdır. Bu halda yoluxma sayını azaltmağa nail ola bilərik”.
Koronavirusla bağlı əsas tövsiyələr
02
dekabr
15:29

Qarabağ
KOMMENTLƏR
"Özümüzdə soyuqlama əlaməti hiss etsək, sanki COVİD-19 var kimi düşünməliyik"
“Ciyərlərdə heç nə çıxmayanda arxayınlaşırlar”
“Maskanın düzgün taxılmaması yoluxma sayını artıra bilər” - Akif Qurbanov
Hər kəs maska istifadə etsə, koronavirusa yoluxma faizi çox aşağı olar - TƏBİB
Virusa yoluxanların sayı niyə 1000-i keçdi? - TƏBİB rəmisindən AÇIQLAMA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat